Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Facebook” qalmaqaldan sonra ilk maliyyə hesabatını açıqladı

“Facebook” şirkəti istifadəçi məlumatlarının sızması ilə bağlı qalmaqaldan sonra ilk dəfə olaraq maliyyə hesabatını təqdim edib


Lent.az-ın “The Wall Street Journal” nəşrinə istinadən verdiyi xəbərə görə, şirkət ilk rübdə gəlir və mənfəətinin artdığını açıqlayıb.

Belə ki, hər səhmə görə gəlir 1,69 dollar artıb. Ötən ilin ilk rübündə bu rəqəm 1,04 dollar idi. Gəlirlər 50% artaraq 11,97 milyard dollar, xalis mənfəət isə 63% artaraq 5 milyard dollar təşkil edib. Bu nəticələr analitiklərin gözləntilərini aşıb.

Şirkət rəhbərliyi etiraf edib ki, platformanın tənzimlənməsinə daha çox diqqət ayırmaq və buna hər hansı sarsıntıya yol vermədən nail olmaq lazımdır. “Facebook” reklamvericilərin iş şərtlərini dəyişməyəcək, sosial şəbəkənin hər hansı funksiyasını ləğv etməyəcək və ya müştərilərə pulu xidmət təklif etməyəcək.   

Xatırladaq ki, “Facebook”un 87 milyon istifadəçisinin şəxsi məlumatlarının Britaniyanın “Cambridge Analytica” konsaltinq firmasının əlinə keçdiyi məlum olduqdan sonra böyük qalmaqal başlayıb. Şirkətin bazar dəyəri aşağı düşüb, bir çox istifadəçi, hətta tanınmış şəxslər və qurumlar sosial şəbəkədən uzaqlaşıb. Mark Zukerberq qalmaqalla bağlı ABŞ Konqresində 5 saat ifadə verib.

Baş verənlərə baxmayaraq, 2018-ci ilin ilk rübündə sosial şəbəkədə 70 milyon yeni istifadəçi qeydiyyatdan keçib və “Facebook”un auditoriyası 2,2 milyard nəfərə çatıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Lənkəranda itkin düşmüş 22 yaşlı qadının boğularaq öldürüldüyü müəyyən olunub, tanışı tutulub

Türkiyədə hələ də dövlət çevrilişi edə biləcək qurumlar və güc mərkəzləri mövcuddur?

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - Rəsmi

Dövlət sərhədini pozmağa cəhd göstərən 10 nəfər saxlanılıb

Paşinyan: Ermənistan sərhədçiləri artıq 10 gündür ki, Bağanis-Voskepar ərazisində xidmət aparır

Ən çox oxunanalar