Bazar ertəsi, 26 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Etimad göstərdiyimiz şəxslər özlərini doğrultmadılar” – Nazir müavini

“Təəssüflər olsun ki, imtahan verib təyin etdiyimiz adamların təşkilatçılığı zəif olduğundan onlarla əməkdaşlığı davam etdirə bilmədik. Bununla bağlı Şəkidə, Masallıda, Şamaxıda, Lənkəranda regional idarə rəislərini çıxardıq”

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Firdovsi Əliyev deyib.

Onun sözlərinə görə, onların qarşısına meşələrin qorunması əsas vacib məqsəd kimi qoyulmuşdu:

“Hələ də bu barədə bizim çətinliyimiz var. Vandalizm halları baş verir ki, bu, təkcə nazirliyin öhdəsindən gələ bildiyi məsələ deyil. Nazirliyin imkanı yoxdur ki, hər ağacın altına əlisilahlı adam qoysun, hamılıqla vətəndaşlıq mövqeyi nümayiş etdirməliyik”.

Oğuz rayonunun Calud kəndi, Buxaz kəndlərində kömürbasma geniş yayılıb. Hətta həmin kəndlərdə yaşayanlar öz övladlarını da təhlükəyə atırlar. Bundan əlavə, Qəbələ rayonunun Həmzəli kəndində meşə qənimi olan şəxs var. Biz onu cərimələsək də, əməlindən əl çəkmir. Eyni zamanda Calud kəndində nömrəsiz maşınlar. Onlar yalnız ağac kəsməklə məşğul olurlar. Qəbələdə Avrıq və Masallının Yelağac kəndlərində qanunsuz kömürbasma yerləri var. Təəssüflər olsun ki, etimad göstərdiyimiz şəxslər özlərini doğrultmadılar. Təkcə ötən ilin dekabr ayından bəri 52 nəfər meşə işçisi uzaqlaşdırmışıq. Bu barədə hüquq-mühafizə orqanlarına məlumat vermişik”, – deyə nazir müavini bildirib. (Report)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəzaya düşən Nəsiman Yaqublu vəfat edib - Yenilənib

Göygöldə yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib

Almaniya Bundesliqası: "Bavariya" "Volfsburq"a qalib gəldi

Olimpiadada cinsiyyət müzakirələrə çevrilən boksçunun makiyajlı videosu

Toyuna hazırlaşırdı, faciəli şəkildə öldü: 29 yaşlı oğlanın meyiti tapıldı

Rusiya Pavel Durovla əlaqədar Fransaya nota göndərib

Azərbaycan və İran XİN rəhbərləri regional məsələləri müzakirə edib

Qadınlara qarşı amansızlığı ilə dünyanı silkələyən, 53 nəfərin qatili olan Andrey Çikatilo

Bəşər Əsəd Türkiyə ilə barışıq məsələsində irəliləyişin olmadığını açıqlayıb

Laçın Şəhəri Günü təntənə ilə qeyd ediləcək

Azərbaycan Premyer Liqası: "Sabah" evdə qələbə qazanıb

Qarabağ Universitetinin ilk qəbul ilinin göstəriciləri məlum oldu

Ən çox oxunanalar