Şənbə, 06 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əsrin sonuna qədər planetdə əhalinin sayı 7 milyarda düşəcək - Bədbin proqnoz...

Ötən il dünya əhalisinin sayı 8 milyard həddini keçib. Lakin iqtisadi inkişaf, təhsil və tibbi xidmətlərə çıxış imkanlarının genişlənməsi doğum səviyyəsinin azalmasına səbəb olur...

Poliqon Sky News-a istinadən xəbər verir ki, dünya hazırkı istiqamətdə davam edərsə, planet əhalisinin sayı 7 milyarda qədər azala bilər.

Earth4All modelləşdirmə sistemindən istifadə edərək araşdırma aparan mütəxəssislər müxtəlif inkişaf strategiyalarının bütün dünyaya təsirini təhlil ediblər. Ekspertlərin fikrincə, həddindən artıq yoxsulluğun aradan qaldırılması və uğurlu iqtisadi inkişaf siyasətinin qəbulu ilə dünya əhalisinin sayı 2040-cı ildə 8,5 milyarda çata, daha sonra isə - 2100-cü ilə qədər əhəmiyyətli dərəcədə azala bilər.

Ekspertlərin fikrincə, mövcud iqtisadi tendensiyalara görə, əhalinin sayı 2050-ci ildə 8,6 milyarda çata, 2100-cü ildə isə 7 milyarda düşə bilər.

Əgər təhsilə və səhiyyəyə əhəmiyyətli investisiyalar, ərzaq və enerji təhlükəsizliyində fövqəladə siyasət dəyişiklikləri, qeyri-bərabərlik və gender ədaləti olsa, əsrin sonuna qədər əhalinin sayı 6 milyard nəfərə qədər azala bilər.

"Biz bilirik ki, aşağı gəlirli ölkələrdə sürətli iqtisadi inkişafın məhsuldarlıq səviyyəsinə böyük təsiri var. Qızlar təhsilə, qadınlar isə iqtisadi imkanlara və daha yaxşı səhiyyə xidmətinə çıxış əldə etdikcə, doğuş göstəriciləri aşağı düşür", deyə Earth4All layihəsinin rəhbəri və Norveç Biznes Məktəbinin Davamlılıq Mərkəzinin direktoru Per Espen Stoknes izah edir.

Qeyd edək ki, 2022-ci ildə dünya əhalisinin ümumi sayı 8 milyard həddinə çatıb. Onların 50,5 faizi kişi, 49,5 faizi isə qadınlardır. Dünya əhalisinin üçdə birindən çoxu Hindistan və Çində yaşayır.

BMT-nin proqnozlarına görə, əhalinin sayı 2050-ci ildə 9,7 milyarda, 2080-ci illərdə isə 10,4 milyarda çatmalıdır.

Eyni zamanda, Dünya Piylənmə Federasiyası xəbərdarlıq edir ki, 2035-ci ilə qədər dünya əhalisinin yarıdan çoxu artıq çəkidən əziyyət çəkəcək.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xankəndidə əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı olub - Yenilənib

Azərbaycan lideri Xankəndi Konqres Mərkəzinin təməlini qoyub -Yenilənib

Prezident Xankəndidə əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib - Yenilənib

Prezident “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib - Yenilənib

Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilən Kənan Seyidov kimdir? - Dosye

AVRO-2024: İspaniya ilk yarımfinalçı olub -  Yenilənib

İlham Əliyev Şuşada Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib - Yenilənib

Prezident Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışında iştirak edib

Natiq Miri: Böyük Britaniyada leyboristlərin hakimiyyətə gəlməsi ilə ciddi dəyişikliklərin anonsu verilir...

Elşad Miri masonların Bakı toplantısında iştirak edib?

Ən çox oxunanalar