Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanın ilk baş naziri: “Tariximizin biabırçı səhifələrindən birini yaşayırıq”

Ermənistanın ilk baş naziri və ikinci müdafiə naziri, “Milli Demokratik Birlik” partiyasının sədri Vazqen Manukyan Ermənistan hökumətini istefaya çağırıb.

Qafqazinfo Ermənistan mətbuatına istinadən xəbər verir ki, o, bu barədə öz müraciətində bildirib.

“Bu gün tariximizin biabırçı səhifələrindən birini yaşayırıq. Ermənilərin gələcəyi olan Ermənistan da təhlükə altındadır. Vəziyyəti dəyişdirmək, geri dönüş etmək mümkündürmü? Bəli! Ancaq mövcud hökumətlə yox. Bu hökumət istefaya getməlidir. Yeganə xilas budur. Əks təqdirdə hər şeyi itirə bilərik”, - deyə Manukyan qeyd edib.

Xatırladaq ki, müzəffər Ordumuz qarşısında məğlub olan Ermənistanda daxili vəziyyət gərginləşməkdə davam edir. Paşinyan, demək olar ki, hər gün çıxışlarında uduzduqlarını xalqa etiraf edir. Aciz durumda qalan baş nazir qadınları belə döyüşə çağırır.

Erməni mətbuatı hakimiyyətin indi ciddi təlaş içində olduğunu vurğulayır. Ölkədə çevriliş təhlükəsi var. Faktiki olaraq bütün millət Paşinyandan, onun komandasından izahatlar tələb edir.

Onlar diplomatik cəbhədə necə və nə zaman məğlub olduqlarını başa düşmək üçün müharibənin başa çatmasını gözləyirlər. Cəbhədə artan itkilər xalqı Paşinyan iqtidarına qarşı daha qəzəbli edir. Ona qarşı artıq istefa tələbləri səslənməyə başlayır. Paşinyanın elan etdiyi ümumi səfərbərlik öz əsgərlərini məhv etməyə hesablanıb.

Bir müddət əvvəl Ermənitan parlamentinin “Mənim Addımım” fraksiyasının deputatı Kristine Poğosyanın son günlərdə siyasi müxaliflərə ünvanlanmış təhdidləri də bunu təsdiq edir. O, müxaliflərə müraciət edərək bildirirdi ki, müharibədən sonra onlar öz hallarını görəcəklər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur - Jurnalistlərdən Elmira Axundovaya cavab

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqladı: “Dəvət edilmədim”

Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib qanını tökdü

Azərbaycanda məktəblilər arasında dava: Ölən var  

Bu çayların xərçəng yaratdığı - sübut edildi

Ən çox oxunanalar