Çərşənbə axşamı, 27 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanın Azərbaycandan hansısa təzminat tələb etmə hüququ varmı?

Ermənistan Azərbaycandan təzminat almaq üçün hərəkətə keçib...

Politoloq: “Təzminat tələb etmək, təzminat iddiasında olmaq tərəfi varsa, o da Azərbaycan olmalıdır. Qarabağdan köçən ermənilərin haqqlarını müdafiə etmək istiqamətində təzminat almaq fikirləri absurddur”.

Ermənistanın Qarabağ ermənilərindən manipulyasiya edərək ölkəmizə qarşı iddialar qaldırılmasına Azərbaycan tərəfi tutarlı cavab verməlidir”.

Bu sözləri politoloq İlyas Hüseynov Ermənistan Azərbaycandan təzminat almaq üçün hərəkətə keçməsini Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, Ermənistan Azərbaycandan təzminat almaq üçün hərəkətə keçib. Aydın məsələdir ki, bu vaxta kimi sərbəst şəkildə qərar verməyən Ermənistan, indi də hansısa qüvvələrin təsiri ilə bu addımlar atır.

Bəs Ermənistanın Azərbaycandan hansısa təzminat tələb etmə hüququ varmı? Digər tərəfdən Azərbaycanın dağılan şəhərlərə və kəndlərə görə Ermənistana qarşı təzminat davasının yubanması nəylə bağlıdır?

Ermənistanın təzminat iddiasını Poliqon-un əməkdaşı Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq İlyas Hüseynov ilə müzakirə edib.

İlyas Hüseynov: “Bəs azərbaycanlıların mülkiyyət hüququ niyə qorunmurdu? Azərbaycanlıların min bir əziyyətlə qurduğu evlər, mülklər niyə hüququn predmeti kimi nəzərdən keçirilmirdi?”.

Azərbaycan diplomatiyasının tutarlı arqumentlərlə, faktlarla, foto və videomateriallarla çıxış etməli olduğunu vurğulayan politoloq Poliqona-a bildirib ki, Füzuli, Cəbrayıl, Zəngilan, Ağdam, KəlbəcərAzərbaycanın dağıdılmış, etnik təmizlənməyə məruz qalmış digər yaşayış məntəqələri buna bir nümunədir:

“Təzminat tələb etmək, təzminat iddiasında olmaq tərəfi varsa, o da Azərbaycan olmalıdır. Qarabağdan köçən ermənilərin haqqlarını müdafiə etmək istiqamətində təzminat almaq fikirləri absurddur. Çünki onlar Ermənistan pasportunu daşıyıblar, Ermənistandan idarə olunublar və bölgədə hakimiyyətin Ermənistana tabeçiliyi heç kim üçün sirr deyil.

Hazırkı reallıqlarla Ermənistan tərəfi Azərbaycana təzminat ödəməlidir. Azərbaycan bu istiqamətdə bütün hüquqi, siyasi, diplomatik fəaliyyətlərini, təşəbbüslərini gücləndirməlidir. Xatırlayıram ki, Vətən müharibəsindən sonrakı dönəmdə Azərbaycan təzminat iddialarını çox tez-tez səsləndirirdi. Əlbəttə ki, bu hüquq bizdə qalır. Şəhərlərimiz, kəndlərimiz, qəsəbələrimiz dağıdılıb, talan olunub, yer üzündən silinib. Milli, dini abidələrimiz daşınıb, qəbristanlıqlarımız məhv edilib. Bütün keçmişimiz bölgədən silinib.

İlyas Hüseynov: “Bu əlbəttə ki, qərəzli münasibətdir, ikili standartların ən bariz nümunəsidir”.

Buna dair beynəlxalq hüquqda təzminat davası qaldırmaq mümkündür. Bununla yanaşı bir milyona yaxın bizim qaçqın, məcburi köçkünlərimiz Qərbi Azərbaycan torpaqlarından və Qarabağdan didərgin düşüb. Bu problemi həll etmək üçün Azərbaycan illərlə gözləyib. Onların bütün sosial, iqtisadi, həyat üçün vacib qarşılayıb. Bu pulları da biz geri tələb edə bilərik. Buna da hüququmuz çatır. Bunu tam məsuliyyətimlə deyirəm.

Digər tərəfdən, Ermənistanın Qarabağ ermənilərindən manipulyasiya edərək ölkəmizə qarşı iddialar qaldırılmasına da Azərbaycan tərəfi tutarlı cavab verməlidir. Bəs azərbaycanlıların mülkiyyət hüququ niyə qorunmurdu? Azərbaycanlıların min bir əziyyətlə qurduğu evlər, mülklər niyə hüququn predmeti kimi nəzərdən keçirilmirdi? Bu əlbəttə ki, qərəzli münasibətdir, ikili standartların ən bariz nümunəsidir. Buna qarşı Azərbaycan diplomatiyası tutarlı arqumentlərlə, faktlarla, foto və videomateriallarla çıxış etməlidir. Təkcə Füzuli, Cəbrayıl, Zəngilan, Ağdam, KəlbəcərAzərbaycanın dağıdılmış, etnik təmizlənməyə məruz qalmış digər yaşayış məntəqələri buna bir nümunədir. Bu şəhərlərin fotoşəkilləri müxtəlif çəkişmələrdə masa üzərinə yatırılmalıdır”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qadınlar həmişə bu bürcün kişilərinə aşiq olurlar - Yaxşı hipnoz edirlər

Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Rəqibindən Nəsiman Yaqublunun faciəvi ölümünə reaksiya

Kardioloq ürək üçün ən təhlükəli 7 vərdişi açıqlayıb

Tramp ABŞ-ın Ukraynaya görə sursatsız qaldığını deyib

Makron Durovun saxlanılmasına münasibət bildirdi

Laçın Şəhəri Günü Həkəri çayının sahilində müxtəlif tədbirlərlə davam edib

Bakıda yataqxanada baş verən yanğın zamanı 5 nəfər təxliyə olunub - Yenilənib

Ən çox oxunanalar