Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanda gizli ABŞ laboratoriyası - Ermənistan cəzalanacaqmı?


Politoloq: “Rusiyanın təzyiqlərinə rəğmən inanmıram ki, ermənilər amerikalıların işlətdiyi bioloji laboratoriyaya rusları buraxsınlar”


“Balanslı siyasət Ermənistanın etdiklərinə deyərlər. Lakin belə siyasətin sonuda çox acı olur”.

Bu fikirləri politoloq Əhəd Məmmədli ABŞ-ın Ermənistanda biolojo laboratoriyasının fəaliyyət göstərməsi məsələsini PİA.AZ-a şərh edərkən qeyd edib.

Bu yaxınlarda məlum olub ki, ABŞ-ın Ermənistanda biolojo laboratoriyası fəaliyyət göstərir. Moskva isə Ermənistan ərazisində ABŞ-ın bioloji laboratoriyasının fəaliyyət göstərməsindən və Qazaxıstanın ABŞ Müdafiə Nazirliyinə hərbi yükləri Xəzər limanlarından daşımaq üçün infrastruktur yaratmağa icazə verməsindən bərk narazıdır. Məsələ iyunun 11-də Alma-Atada KTMT xarici işlər nazirlərinin toplantısı zamanı Rusiya xarici işlər naziri Sergey Lavrov tərəfindən qaldırılıb. Bu barədə Rusiyanın “Kommersant” qəzeti yazıb. 

Qəzetin yazdığına görə Sergey Lavrov bildirib ki, KTMT xarici işlər nazirlərinin toplantısı zamanı bildirib ki, təşkilat daxilində münaqişəli vəziyyət isə Ermənistan ərazisində ABŞ-ın maliyyə dəstəyi ilə açılan bioloji laboratoriya ilə və Qazaxıstaın ABŞXəzər dənizinə buraxması ilə bağlıdır. Ermənstandakı bioloji laboratoriya ilə nazir qeyd edib ki, “Bizim xüsusi xidmətlər və alimlər həmin laboratoriyalarla bağlı gərgindir və narahatdır. Onlar niyə bu laboratoriyaları Qərbi Avropa ölkələrində açmır?”- deyə rusiyalı diplomat etirazını dilə gətirib. 

Hazırda isə erməni mətbuatının yazdığına görə Moskva Ermənistandakı bioloji laboratoriyaya çıxış əldə etmək istəyir. Məlumata görə hətta Yerevanla bioloji tədqiqatlar sahəsində əməkdaşlığa dair ayrıca sənədin imzalanması nəzərdə tutulur.

Bu hadisə Rusiya ilə ABŞ arasında növbəti qarşıdurmaya səbə ola bilərmi və Rusiyadan gizlin öz ərazisində ABŞ-ın hərbi obyektini açan Ermənistanın Rusiya tərəfindən cəzalandırılması gözləniləndirmi?

Mövzu ilə bağlı “Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri, politoloq Əhəd Məmmədli öz fikirlərini PİA.AZ-ın əməkdaşı ilə bölüşüb.



Əhəd Məmmədli: “Ermənistan eyni anda bir neçə ağasına qulluq etmək istəyir. Və bunu da ruslarda amerikalılar da görür”.


Rusiya Ermənistanı Azərbaycanın əli ilə cəzalandıra bilərcəyini düşünən politoloq Əhəd Məmmədli qeyd edib ki, bu situasiyada bizə tam sərf edir. Sadəcə Azərbaycan bu situasiyadan öz xeyrinə yararlanmağa çalışmalıdır və artıq bunun vaxtıdır:

“Görürsünüz ermənilər necə oynayır. Əsl erməni xisləti. 20-ci əsrin əvvəlində də, elə oynayırdılar və oyunları başlarında çatladı. 100 il sonrada erməni eyni xislətindən geri qalmır. Görünür tarix bu “qədim” xalqa heç nəyi öyrətmədi. Bax balanslı siyasət Ermənistanın etdiklərinə deyərlər. Lakin belə siyasətin sonuda çox acı olur. 

Rusiyanın təzyiqlərinə rəğmən inanmıram ki, ermənilər amerikalıların işlətdiyi bioloji laboratoriyaya rusları buraxsınlar. Bu mümkün deyil. Çünkü amerikalılar bunu ermənilərə etməyə icazə verməz. 

Ermənistan eyni anda bir neçə ağasına qulluq etmək istəyir. Və bunu da ruslarda amerikalılar da görür. Və bu vəziyyət həmişə davam edə bilməz. Ona görədə inqilabdan sonra gərqinləşən Rusiya-Ermənistan münasibətlərini Azərbaycan dahada qızışdırmalıdır. Bunu Azərbaycan bacarsa, ki,  artıq bacarmalıdır, onda bizim üçün çox yaxın zamanlarda torpaqlarımızı qaytarmaq üçün tarixi şans yaranacaq. 

Rusiya Ermənistanı Azərbaycanın əli ilə cəzalandıra bilər. Və bu situasiyada bizə tam sərf edir. adəcə Azərbaycan bu situasiyadan öz xeyrinə yararlanmağa çalışmalıdır və artıq bunun vaxtıdır”.

Nərminə UMUDLU
pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı qərar

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Ən çox oxunanalar