Şənbə, 06 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanda fövqəladə vəziyyət - “Metsamor”un işçiləri istefa verir

Ermənistanın “Metsamor” Atom Elektrik Stansiyasındakı (AES) vəziyyət getdikcə daha təhlükəli hal almağa başlayır

Bunu Ermənistan Demokratiya Partiyasının sədri Aram Sarkisyan jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda “Mesamor”un 67 işçisi stansiyadakı pis şərait və aşağı əmək haqqına görə istefa verəcəklərini bəyan edib.

“Atom Elektrik Stansiyasının Ermənistan üçün strateji əhəmiyyətini nəzərə alaraq, hökuməti bu məsələ ilə ciddi məşğul olmağa çağırıram. Çünki problemin həllinin uzadılması ölkəmiz üçün fövqəladə təhlükəli vəziyyətin yaranmasına gətirib çıxara bilər” - Sarkisyan vurğulayıb.

Metsamor AES-in reaktorlarının istismar müddəti çoxdan bitib və region da daxil olmaqla, Avropa üçün ciddi radiasiya təhlükəsi mənbəyinə çevrilib. Metsamor AES nüvə və radioaktiv maddələrin qaçaqmalçılığı baxımdan da olduqca təhlükəlidir. Bu mənada Azərbaycan və digər region ölkələri, o cümlədən Avropa İttifaqı AES-in bağlanmasını tələb edir.

Əvvəllər “Avroatom”la Yerevan arasında aparılan danışıqlar zamanı Brüssel Metsamor AES-in modernləşdirilməsi üçün 200 milyon avro ayırmağa hazır olduğunu bildirmişdi. Lakin sonrakı araşdırmalar zamanı aydın oldu ki, AES nəinki modernləşdirilməyə, hətta təmirə belə yararlı deyil. Brüsselə görə, “Metsamor”un işini beynəlxalq təhlükəsizlik tələblərinə tam uyğunlaşdıracaq qədər yaxşılaşdırmaq mümkün olmadığı üçün stansiyanı mümkün qədər tez bağlamaq lazımdır.

Buna baxmayaraq, Ermənistan hökuməti AES-in istifadəsini 2026-ci ilə qədər uzadıb. Yeni AES-in tikintisi üçün isə 5 milyard ABŞ dolları maliyyə tələb olunur ki, buna nə Yerevanın gücü çatır, nə də beynəlxalq maliyyə qurumları, Avropa İttifaqı və digərləri Ermənistandakı iqtisadi böhran fonunda bu məbləğdə yardım və ya kredit ayırmaq istəyirlər.

Azvision.az onu da xatırladır ki, ötən ilin dekabrında Ermənistan Milli Təhlükəsizlik Xidmətinin “Mesamor” Atom Elektrik Stansiyasında aşkarladığı külli miqdarda korrupsiya faktları üzrə 10 cinayət işi açılıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilən Kənan Seyidov kimdir? - Dosye

Xankəndidə əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı olub - Yenilənib

AVRO-2024: İspaniya ilk yarımfinalçı olub -  Yenilənib

Prezident Xankəndidə əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib - Yenilənib

Prezident “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib - Yenilənib

Azərbaycan lideri Xankəndi Konqres Mərkəzinin təməlini qoyub -Yenilənib

Macarıstanın Baş naziri Viktor Orban Azərbaycana səfərə gəlib - Foto

İlham Əliyev Şuşada Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib - Yenilənib

Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şuşada gəziblər - Yenilənib

Ən çox oxunanalar