Bazar, 28 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan təkcə bizə qarşı yox, bütün müsəlman aləminə qarşı təcavüzkar siyasət aparır

Noyabrın 8-də Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə iştirak etdilər...

Daha sonra Ali Baş Komandan İlham Əliyev hərbçilər qarşısında çıxış etdi. Çıxışı zamanı Prezident bir neçə məsələlərə diqqət çəkdi.

Ölkə başçısı çıxışında vurğuladı ki, ölkəmiz müsəlman ölkələri ilə sıx əlaqələr qurdu. Sonra onlara izah etməyə nail oldu ki, Ermənistan təkcə bizə qarşı yox, bütün müsəlman aləminə qarşı təcavüzkar siyasət aparır. Aydın məsələdir ki, Prezident İlham Əliyev “müsəlman ölkələri” deyərək İrana mesaj verdi. İranın həm müharibə dövründə, həm də müharibədən sonrakı Azərbaycana qarşı olan davranışları hamıya məlumdur.

Ölkə başçısının çıxışında digər diqqətçəkən məqam Rusiya sülhməramlılar ilə bağlı dedikləri oldu. “Qarabağ bizim torpağımızdır. Rus sülhməramlılar orada müvəqqəti yerləşiblər, 2020-ci ilin 10 noyabr Bəyanatında onların müddəti göstərilir və əgər kiməsə bel bağlayırlarsa, yenə də faciə ilə üzləşəcəklər”, - Prezident dedi. Prezident bu sözləri ilə faktiki olaraq Ermənistana sülhməramlıların 5 ildən sonra Qarabağdan çıxacağını dedi. Bununla da Prezident sülhməramlıların Qarabağda müddətinin uzadılması üzrə qurulan planların üstündən xətt çəkdi.

Könül İsmayılova-Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi, MMP-nın Siyasi Şurasının və İdarə Heyətinin üzvü

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəşad Nəbiyevin uğursuz taksi islahatı… – yuxarıları aldatmaq cəhdi, yoxsa səriştəsiz fəaliyyət…

Ziya Məmmədovun qardaşından sensasion açıqlama

Şahin İsmayılov Beyləqandan niyə qovulmuşdu? – İlginc iddiaalar

“Arash Medical Company”ni Anar Bayramov üçün özəl edən səbəb...

Tofiq Yaqublunun məhkəməsində ittiham aktı elan olunub

"Hizbullah" İsrailə raket zərbəsi endirib- Ölənlər var

Qurban Yetirmişlidən zəlzələ iddialarına sərt reaksiya : “Mən fala baxmıram”

Beynəlxalq səyyahlar Füzulidə minaların zərərsizləşdirilməsi prossesini izləyib - Yenilənib

“Yelo Bank”ın depozitləri azalıb – Şirkətlər 550 milyon manatı geri çəkib

Lavrov: "Qərb Rusiyanın təslim olmasını gözləyir, lakin bu baş verməyəcək"

Ən çox oxunanalar