Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan nəinki region, bütün dünya üçün təhlükə yaradır

“SKAD” raketi sovet döründə istehsal olunmuş taktiki ballistik raketdir. İlk istehsal olunmuş versiyasının adı R-11, sonrakı daha inkişaf etdirilmiş variantı isə R-17 "Elbrus" adlanır. "SKAD" adı isə bu raketin NATO kod adıdır və bu ad daha çox istifadə olunur.

Raketin sürəti maksimum 1.7 km/s-dır. “SKAD” raketi ortamənzilli ballistik raketdir və nüvə başlıqlarını da daşıya bilmək iqtidarındadır. Ümumiyyətlə, son dövrlərdə dünyadakı hərbi əməliyyatlara baxsaq görərik ki, 500 mindən artıq sakini olan şəhərə qarşı ballistik və böyük dağıdıcı gücə malik raketin atılması çox nadir hallardan biridir.

Bir çox xüsusiyyətlərinə görə II Dünya müharibəsi zamanı Faşist Almaniyası tərəfindən istehsal olunan V-2 raketinin oxşarıdır. Raketin nüvə başlığının gücü 50 kiloton hesablanıb. “SKAD” raketləri istehsal olunduğu dövrdə belə onun ehtimal olunan yayınma dairəsi 450 metr təşkil edirdi.

Bu o deməkdir ki, hər hansısa nöqtəyə raketi atılanda, o, həmin nöqtədən 450 metr radiusda bir əraziyə düşəcək. Bu, raketdən hərbi hədəfləri məhv etmək üçün istifadədə çətinlik yaradır, dəqiqlik yoxdur, ona görə də, hərbi məqsədlə tətbiqinin heç bir effekti yoxdur.

“SKAD” ilk dəfə 1973-cü il Yom Kippur müharibəsinin sonlarında Misir tərəfindən İsrailə qarşı istifadə olunub, nəticədə 7 nəfər İsrail hərbçisi həlak olmuşdu. Sonuncu dəfə isə 11 oktyabr 2020-ci ildə Ermənistan ərazisindən Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəyə atılmışdır. Nəticədə 4-ü qadın olmaqla, 9 nəfər həlak olmuş, aralarında uşaqlar olan 35 nəfər yaralanmışdır.

Buradan da belə nəticə çıxarmaq olar ki, Ermənistanın məqsədi məhz dinc əhalini qırmaq olub. Ermənistanın Gəncəni bu cür ağır artilleriyadan atəşə tutmasını vandallıq və barbarlıqdır. Bu onu göstərir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi üçün hər hansı mənəvi, etik qaydalar, dünya sivilizasiyasına xas olan baryerlər yoxdur. Gəncənin raket atəşinə tutulması Azərbaycan xalqına qarşı Xocalı faciəsindən sonra yeni soyqırım aktıdır.

Ermənistanın bu əməli açıq terror və beynəlxalq cinayətdir. Bu təkcə müharibə cinayəti deyil, eyni zamanda insanlıq əleyhinə törədilən ən ağır cinayətdir. Bu hadisələr bir daha göstərdi ki, terroru dövlət siysətinə qaldıran Ermənistan nəinki region, bütün dünya üçün böyük təhlükə yaradır. (Trend)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Birlikdə özlərini meşədə asan boşanmış qadının və 11 yaş kiçik sevgilisinin fotoları - Video, Yenilənib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Bayden prezidentlik yarışından geri çəkiləcəyini istisna etməyib

Sabir Rüstəmxanlı və İqbal Ağazadə deputatlığa namizədliyini verməyəcək

"Boşanmış qadınla ailə qurarasınız?" - Sorğu, Video

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları 25 şəxsi cinayət başında yaxalayıb

"Birləşdik - 2024" beynəlxalq təlimi başa çatıb - Yenilənib

Ən çox oxunanalar