Çərşənbə axşamı, 10 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan: Məğlubiyyətin parçaladığı cəmiyyət və vətəndaş müharibəsinə açılan qapı...

Hazırkı şərtlərdə Ermənistanda siyasi sabitliyin yaranması mümkün görünürmü?..

İqtisadçı-ekspert: “Müharibədən sonrakı qısa dövrdə Ermənistanda iqtisadi problemlərin daha da dərinləşdiyini görürük”.

“Erməni siyasətçilərinin açıqlamalarından belə çıxır ki, bir müddət sonra onlar qisas almağa çalışacaqlar. Bu isə investorları ürküdən və həmin ölkəyə pul yatırmaq istəyən biznesmenləri çəkindirən faktordur”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli müharibədən sonra Ermənistan iqtisadiyyatının vəziyyətini PİA.az-a şərh edərkən qeyd edib.

Ermənistan prezidenti Armen Sarkisyan Rusiyada diaspor nümayəndələri ilə görüşündə ölkəsinin ümummilli böhran yaşadığını və bu böhranın Ermənistanın siyasi, iqtisadi, hərbi, demoqrafik və bütün digər sahələri əhatə etdiyini söyləyib. Prezident qeyd edib ki, hazırkı vəziyyətdə Ermənistanın qarşısında çox ciddi problemlər durur və bu problemlərin biri sosial-iqtisadi problemlərdisə, digər qorxulu tendensiya erməni cəmiyyətinin sürətlə cəbhələrə parçalanmasıdır. Həmçinin demoqrafik problem də Ermənistanın təməl məslələrindən biridir.

Qeyd edək ki, ötən həftə Yeravanda Paşinyanın istefasını tələb edilən mitinqdə çıxış edən erməni müxalifətinin lideri seçilən Vazgen Manukyan yaxın bir il müddətində Ermənistanı bir milyona qədər insanın tərk edəcəyini pronozlaşdırıb. Bəzi araşdırmalara görə üç milyon əhalisi olan Ermənistanda hazırda 2 milyondan da az insan yaşamaqdadır.

Bir çox ekspertlər hesab edirlər ki, Ermənistan cəmiyyətini saran böhran dərun köklərə malikdir və bu böhran 15-20 il davam edə bilər.

Müharibədən sonra Ermənistan iqtisadiyyatının vəziyyətini necə dəyərləndirmək olar və Ermənistan cəmiyyətinin milli böhranı hansı zamanı kəsiyini əhatə edə bilər?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərliyə müraciət edib.

Natiq Cəfərli: “Ermənistan iqtisadiyyatı Rusiyanın dotasiyalar və diaspordan gələn maliyyə hesabına ayaqda qala bilər. Bu da uzun müddət davam edə bilməz”.

Ermənistanın yeganə çıxış yolunun qonşu ölkələrlə yaxşı münasib qurmaqda olduğunu bildirən iqtisadçı-ekspert PİA.az-a açıqlamasında əlavə edib ki, Ermənistan işğalçı siyasətindən əl çəkməli, Türkiyə və Azərbaycanla yollar açılandan sonra iqtisadi fürsətlərdən yararlanmalıdır. Əgər Ermənistan bu yolu seçəcəksə, gələcəkdə iqtisadiyyatını xilas etmiş olacaq:

Ermənistanda iqtisadi model onsuz da sadə idi. Orada həmişə idxal ixraçı üstələyirdi və bir neçə ildir ki, hətta mənfi saldo da var idi. Ermənistan iqtisadiyyatının əsas gəliri xaricdə yaşayan ermənilərin, yəni diaspor nümayəndələrinin göndərdiyi pullar idi. Həmçinin Ermənistan iqtisadiyyatı Rusiyadan asılı idi. Çünki Ermənistanda bir çox böyük şirkətlər, obyektlər Rusiya tərəfindən özəlləşdirilib. Buna görə də Ermənistan iqtisadiyyatında ciddi problemlər yaşanırdı.

Müharibədən sonrakı dövrdə isə Ermənistanda bu iqtisadi problemlərin daha da dərinləşdiyini görürük. Bundan sonra bu problemlər daha da dərinləşə bilər. Çünki investorlar üçün Ermənistan cazibəsini itirib.

Ermənistan hər zaman müharibə ritorikası ilə yaşayacaq. Düzdür onların bundan sonra müharibəyə cəhd edəcəyini düşünmürəm. Amma erməni siyasətçilərinin açıqlamalarından belə çıxır ki, bir müddət sonra onlar qisas almağa çalışacaqlar. Bu isə investorları ürküdən və həmin ölkəyə pul yatırmaq istəyən biznesmenləri çəkindirən əsas faktordur.

Buna görə də deyə bilərik ki, Ermənistan iqtisadiyyatı Rusiyanın dotasiyaları və diaspordan gələn maliyyə hesabına ayaqda qala bilər. Bu da uzun müddət davam edə bilməz. Ermənistanın yeganə çıxış yolu qonşu ölkələrlə yaxşı münasibət qurmaqdır. Erməni liderlər problemlərinin həllinə bu yöndən baxmalıdırlar. Yəni Ermənistan işğalçı siyasətindən əl çəkməli, Türkiyə və Azərbaycana qarşı ərazi iddalarından əl çəkməli və yollar açılandan sonra iqtisadi fürsətlərdən yararlanmalıdır. Əgər Ermənistan bu yolu seçəcəksə, gələcəkdə iqtisadiyyatını xilas etmiş olacaq”.

Eyni zamanda ReAl-ın icraçı katibi Natiq Cəfərli Ermənistandakı siyasi qarşıdurma hansı səviyyəyə qədər böyüyə biləcəyi sualımıza da cavab verib.

Qeyd edək ki, Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan müxalifətin baş nazir postuna vahid namizədi Vazgen Manukyanın mitinqdəki çıxışını şərh edib. Levon Ter-Petrosyan hadisələr bu şəkildə davam edərsə, ölkədə qanlı qarşıdurma olacağını bəyan edib. Sabizq prezidentə görə Ermənistan vətəndaş müharibəsinin astanasındadır və buna görə də ermənilər nə Manukyanın, nə də Paşinyanın çağrışlarına uymamalı, onların tərtib etdikləri mitinqlərə qatılmamalıdır. Petrosyan həmçinin xalq içində məğlubiyyətin simvoluna çevrilən Paşinyanın istefa verməli olduğunu qeyd edərək, bu prossesin dinc yolla baş verməsinin zəruriliyini vurğulayıb.

Hazırkı şərtlərdə Ermənistanda siyasi sabitliyin yaranması mümkün görünürmü?

Sualımıza cavab olaraq Natiq Cəfərli bildirib ki, Ermənistanda vətəndaş qarşıdurması indi də var, amma gələcəkdə klanlar arasında qarşıdurmanın qızışması nəticəsində ciddi qarşıdurmaların olması ehtimalı çox yüksəkdir:

Ermənistanda vətəndaş qarşıdurması hazırda böyük həddədir. Biz bunu Ermənistanda gedən proseslərdən görürük. Müharibədən sonra Ermənistanda siyasət küçələrə transfer olunub və küçə siyasətinin erməniləri hara aparacağını yaxın zamanda görəcəyik. Mən hesab etmirəm ki, yaxın günlərdə Yeravanda siyasi sabitlik bərqərar olacaq. Ermənistanda keçid dövrünün uzun və ağrılı olacağını güman edirəm. Tam olaraq böhranın nə zaman bitəcəyini isə indi demək mümkün deyil.

Hazırda Ermənistan cəmiyyəti məğlubiyyətin açısını və məsuliyyətini kimlərəsə yükləmək istəyir. Paşinyan özündən əvvəlkiləri korrpsiyada ittiham edir, Köçəryan və Sarkisyan isə ona xain “damğası” vururlar. Həqiqət odur ki, məğlubiyyəti tək Paşinyanın çiyinlərinə yükləmək doğru deyil. Çünki məğlubiyyətdə Paşinyandan əvvəl hakimiyyətdə olanların da payı var və bu pay daha böyükdür. Paşinyan 2 ildir hakimiyyətdədirsə, “Qarabağ klanı” az qala 20 ildir hakimiyyətdə olub. Buna görə də Ermənistanda klanlar arasında qarşıdurmanın qızışması və gələcəkdə ciddi qarşıdurmaların olması ehtimalı çox yüksəkdir və Ter-Petrosyanın deiyi kimi, qarşıdurma vətəndaş müharibəsinə qədər böyüyə bilər”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməkdar jurnalist telekanala rəhbər təyin olundu - Foto

Masajda ölən iki yaşlı uşağın atası: "Prosedur zamanı şoka düşdü" - Yenilənib

Məşhur karate ustasının həbsi ilə bağlı yeni detallar: "Yeniyetmə qızlara porno göstərib"

Yeni qaydalar gənc hərbiçilərin mənzillə təmin olunmasında nə qədər rol oynayacaq?

Azərbaycanda onlayn oyunlara qurşanan tələbə yoxa çıxdı

Süni bahalaşmaya son qoyulur: Cəza tədbirləri başladı

Ucarda qaçırılan 16 yaşlı qız niyə geri qayıtmaq istəmir?

Ərəstun Oruclu: İran bütün hədəflərini, məqsədlərini Rusiya ilə bağlamaq istəmir...

İran XİN: Biz regionda sərhədlərin dəyişdirilməsi cəhdinə qəti etirazımızı bildiririk

Politoloq: Ermənistanın Konstitusiya Məhkəməsi sənədə “veto” qoya bilər...

Ən çox oxunanalar