Çərşənbə, 09 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan BMT-nin məhkəməsinə müraciət edib - BƏM-in qərarı Azərbaycan üçün məcburi ola bilər?

Ermənistan dünən Laçın yolunun açılması ilə bağlı BMT-nin məhkəməsinə müraciət edib...

Beynəlxalq hüquq üzrə mütəxəssis: “Laçın yolunun açılması ilə bağlı Ermənistanın şikayətinin Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən araşdırılması üçün, Ermənistan tərəfinin birtərəfli iddia irəli sürməsi kifayət deyil. Bunun üçün, Azərbaycan tərəfinin bu iddianı rəsmi olaraq rədd etməsi və ya iddiaya cavab verməsi tələb olunur”.

Ermənistan iddiasını inandırıcı dəlillərlə sübut etmək məcburiyyətindədir. Beynəlxalq aləmdə Azərbaycanın qanuni ərazisi kimi tanınan Dağlıq Qarabağa Azərbaycan vətəndaşlarının gedə bilməməsini nə ilə izah edəcək? Bu baxımdan, Azərbaycan tərəfi əks iddia da qaldıra bilər”.

Bu sözləri Beynəlxalq hüquq üzrə mütəxəssis Vüsalə Əhmədova Ermənistanın Laçın yolunun açılması ilə bağlı BMT-nin məhkəməsinə müraciət etməsini PİA.az-a şərh edərkən qeyd edib.

Ermənistan dünən Laçın yolunun açılması ilə bağlı BMT-nin məhkəməsinə müraciət edib. Bu məhkəmənin qərarı Azərbaycan üçün nə qədər məcburi ola bilər?

Mövzunu PİA.az-ın əməkdaşı beynəlxalq hüquq üzrə mütəxəssis Vüsalə Əhmədova ilə müzakirə edib.

Vüsalə Əhmədova: “Beynəlxalq Ədalət Məhkəməsi verdiyi qərarların icrası ilə məşğul olmur. Qərar icra edilmədikdə, qarşı tərəf BMT-nın Təhlükəsizlik Şurasına müraciət edir”.

Azərbaycanın BƏM-nin yurisdiksiyasını açıq şəkildə qəbul etməli və məhkəmə prosesində tərəf olmalı olduğunu nəzərə çatdıran mütəxəssis bildirib ki, əks təqdirdə, hüquqi mübahisə predmeti mövcud olmayacaq və BƏM-nin hüquqi prosesi başlatması mümkün deyil:

“Öncəliklə onu qeyd edim ki, Laçın yolunun açılması ilə bağlı Ermənistanın şikayətinin Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən araşdırılması üçün, Ermənistan tərəfinin birtərəfli iddia irəli sürməsi kifayət deyil. Bunun üçün, Azərbaycan tərəfinin bu iddianı rəsmi olaraq rədd etməsi və ya iddiaya cavab verməsi tələb olunur. Yəni, Azərbaycan BƏM-nin yurisdiksiyasını açıq şəkildə qəbul etməli və məhkəmə prosesində tərəf olmalıdır. Əks təqdirdə, hüquqi mübahisə predmeti mövcud olmayacaq və BƏM-nin hüquqi prosesi başlatması mümkün deyil.

Digər tərəfdən, BƏM hökm verərkən bir sıra meyarları əsas götürür. Bunlardan başlıcası, əvvəlki məhkəmə təcrübəsi ilə uyğunluqdur. Yəni, bu zamana qədər qaldırlan bənzər iddiaların mümkün və yekun nəticələri nəzərə alınır. Gəlin baxaq, varmı bu qəbildən bənzər iddialar? Ayrıca, BƏM beynəlxalq hüquq prinsipləri əsasında hökm verir. Bunlar, beynəlxalq konvensiyalar, müqavilələr, adət hüququ və hüququn ümumi prinsipləridir. Beynəlxalq hüquqa görə, Dağlıq Qarabağ sakinlərinin Ermənistana getmək hüququ olduğu kimi, Azərbaycan vətəndaşlarının da öz doğma torpaqlarına getmək hüququ var. Ortada həmçinin, Azərbaycan, RusiyaErmənistanın birgə imzaladığı “atəşkəs müqaviləsi” mövcuddur. Məhkəmədə sübut yükü faktı iddia edən tərəfin üzərinə düşür.

Vüsalə Əhmədova: “Bölgəyə BMT sülhməramlılarının yerləşdirilməsinə TŞ-nın daimi üzvlərindən biri olan Rusiyanın razı olacağı inandırıcı görünmür”.

Ermənistan iddiasını inandırıcı dəlillərlə sübut etmək məcburiyyətindədir. Beynəlxalq aləmdə Azərbaycanın qanuni ərazisi kimi tanınan Dağlıq Qarabağa Azərbaycan vətəndaşlarının gedə bilməməsini nə ilə izah edəcək? Bu baxımdan, Azərbaycan tərəfi əks iddia da qaldıra bilər.

Bir digər məqam da ondan ibarətdir ki, dövlətin BƏM-nin yurisdiksiyasına razılığının yaranması, məhkəmə icraatının başlanmasından sonra həyata keçirilən hərəkətlər vasitəsilə də ortaya çıxarıla bilər. Buna “forum prorogatum” doktrini deyilir. Məsələn, deyək ki, BƏM prosesi araşdırdı və əleyhimizə qərar qəbul etdi. Hərçənd ki, mən buna inanmıram. BƏM Statusunun 60-cı maddəsinə görə, qəbul edilən qərarlar qətidir və şikayət verilə bilməz.

Ancaq, bilirsiz ki, BƏM verdiyi qərarların icrası ilə məşğul olmur. Qərar icra edilmədikdə, qarşı tərəf BMT-nın Təhlükəsizlik Şurasına müraciət edir. BMT-nın TŞ bu cür hallarda əsasən tövsiyyət qərarları qəbul edir. Sanksiya olaraq isə əsas etibarilə iqtisadi və ya siyasi sanksiyalar tətbiq edilir. Hərbi sanksiyalara son çarə olaraq müraciət edilir ki, bunun üçün TŞ-nın daimi üzvlərinin yekdil qərarı olmalıdır. Bölgəyə BMT sülhməramlılarının yerləşdirilməsinə isə TŞ-nın daimi üzvlərindən biri olan Rusiyanın razı olacağı inandırıcı görünmür”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Moskvada MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib - Yenilənib

Cəlilabaddakı yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub - Yenilənib

İsrailin İranın Suriyadakı səfirliyinin yaxınlığına hücumunun ilk görüntüləri yayılıb - Yenilənib

Şuşaya köçən daha 16 ailəyə açarları təqdim edilib - Fotolar

Tofiq Zülfüqarovdan sensasion müsahibə: “Sazişin mahiyyətini sonra dəyişmək istəyirlər”

Paşinyan: Ermənistan bu ay Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır - Yenilənib

Bakıda xəstəxana yaxınlığında güclü yanğın başlayıb - Yenilənib

Azərbaycanda ailədə ikinci uşağa hər ay 100 manat...

Moskvada Vladimir Putinlə Nikol Paşinyan arasında ikitərəfli görüş keçirilib - Video

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay