Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan Azərbaycanı ittiham edir - Haker hücumuna görə

Azərbaycan hakerləri 10 min hesabın oğurlandığını bildiriblər, amma Ermənistan tərəfinin məlumatlarına görə, bu rəqəm şişirdilib, çünki hesabların çox hissəsi təkrarlanır

Milli təhlükəsizlik üzrə mütəxəssis Samvel Martirosyan bildirib ki, Azərbaycan hakerləri təxminən 2000 erməni elektron poçt ünvanını və Facebook hesabı məlumatlarını, hətta telefon loqinlərinə qədər, sındırıblar. Virtualaz.org bildirir ki, S.Martirosyan sındırılmış ünvan və hesabların faylını paylaşıb. “Mən parolları silib, sındırılmış hesabları bu sənədlərə daxil etdim. Təsadüf prinsipi üzrə bir neçə hesabı yoxladım: giriş mümkündür. Yoxlayın (Ctrl F kombinasiyası faylda axtarmağa kömək edəcək) – əgər özünüzü tapdınızsa, təcili girin və nə qədər ki, azərbaycanlılar hesabları aparmayıblar, parolu dəyişin”, – deyə ekspert öz “feysbuk” səhifəsində yazıb.

O əlavə edib ki, Azərbaycan hakerləri 10 min hesabın oğurlandığını bildiriblər, amma onun məlumatlarına görə, bu rəqəm şişirdilib, çünki hesabların çox hissəsi təkrarlanır.

S.Martirosyan həmçinin sındırılmanın necə baş verdiyini izah edib: “Bu, “fişinq” hücumudur. Məsələn, bir şəxs mail.ru administrasiyası adından müəyyən məlumatların daxil edilməsini tələb edərək yanlış bir məktub yazır. Beləliklə, qurban parolu öz əlləri ilə şəxsən verir”.

Bu, erməni ekspertinin Ermənistanda çox sayda hesabın sındırıldığna dair verdiyi ilk məlumat deyil.

O, 2017-ci ilin noyabrında da guya “feysbuk” istifadəçilərinin sındırılmış elektron ünvanlarını və telefon nömrələrini təqdim etmişdi.

Qeyd etmək lazımdır ki, erməni hakerləri də vaxtaşırı fəallıq göstərərək Azərbaycan istifadəçilərinə və saytlarına ziyan vururlar. 2014-cü ilin avqustunda Martirosyanın özü etiraf etmişdi ki, ermənilər haqqin.az saytını sındırıblar. Yeri gəlmişkən, o vaxt-AzərbaycanErmənistan qoşunlarının təmas xəttində vəziyyətin ağırlaşdığı günlərdə, haqqin.az oxuculara öz mənbələrindən əldə etdiyi məlumatlara əsaslanaraq, vaxtında və etibarlı məlumatlar verməklə Ermənistanın informasiya təxribatı cəhdlərinin qarşısını effektiv şəkildə almışdı.

Sayta gündəlik giriş 130 min unikal IP-i ötmüşdü, bununla əlaqədar olaraq erməni terror təşkilatı ASALA-nın hakerləri ona hücum təşkil etmiş və bir neçə saatlığa sıradan çıxarmışdılar.

Həmçinin erməni haker qrupunun şəbəkədə azərbaycanlılara məxsus məxfi sənədləri və pasport məlumatlarını dərc etməsi yada düşür. Bir ara açıq girişdə minə yaxın Azərbaycan pasportu qoyulmuşdu.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Üç bürcü mayın ortalarında qeyri-adi dəyişikliklər gözləyir

Soyuq may ayında qiyməti ilə “hərarətləndirən” kafelər: Bulvardakı vəziyyət nə zaman düzələcək? - Video

Gürcüstanın Baş naziri: ABŞ-nin sanksiyalar söhbəti qeyri-ciddidir

Ən çox oxunanalar