Bazar ertəsi, 29 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan Azərbaycana qarşı revanşa cəhd edə bilərmi?

Pentaqon 2022-ci ildə dünyada potensial müharibə ocaqlarını açıqlayıb və onlardan ən çox “qaynayanı” Ukrayna ətrafındakı münaqişə ocağı, yaxud Rusiyanın bu ölkəyə qarşı hərbi müdaxilə planlarını həyata keçirməsi riskidir. Qeyd edək ki, əvvəllər Qarabağ da potensial irimiqyaslı müharibə ocaqlarından biri kimi həmişə beynəlxalq hesabatlarda yer alırdı. Bu proqnozlar nəhayət 2020-ci ilin payızında reallaşdı, irimiqyaslı müharibə başladı və Azərbaycan 44 günlük savaşda öz ərazilərini işğaldan azad etdi. Nəticədə Qarabağın adı artıq “dünyanın qaynar qazanları” arasında çəkilmir. Lakin Ermənistanda revanşa can atan, bu xülyalarla yaşayan qüvvələr də yox deyil.

Bəs 2022-ci ildə Ermənistanın Azərbaycana qarşı revanş götürmək ehtimalı varmı? Belə olan halda İran müttəfiq kimi Ermənistana kömək edə bilərmi?

PİA.az xəbər verir ki, bu sualları “Moskovskiy Komsomolets” qəzeti rusiyalı politoloq Vasili Kaşinə verib. Politoloqun cavabı belə olub:

- Ermənistanın Azərbaycana qarşı dayanmaq üçün heç bir şansı yoxdur. Hələ 2020-ci ildəki münaqişəyə qədər o hərbi baxımdan öz qonşusu ilə müqayisədə daha zəif idi, Ermənistanın silahlı qüvvələrinin böyük hissəsi bu müharibədə darmadağın ediləndən sonra isə heç bir revanşdan söhbət gedə bilməz. Sərhəddə periodik olaraq lokal atışmalar baş verə bilər, amma ermənilərin Azərbaycanın qarşısında dayanmaq üçün nə gücü, nə imkanı var.

İrana gəldikdə isə bu ölkənin mümkün müharibəyə Ermənistanın tərəfində qarışması Türkiyə ilə qaçılmaz münaqişə demək olardı, bu isə sadəcə olaraq Tehranın maraqlarına uyğun deyil. Onsuz da onun İsraillə ifrat gərgin münasibətləri və ABŞ-la gərgin münasibətləri var. Digər tərəfdən, İran Ermənistan üçün heç də möhkəm müttəfiq deyil ki, ona arxalana biləsən. (virtualaz.org)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Daha bir VHP-çi namizəd kimi qeydə alındı - Fotolar

Azərbaycanda uşaqlar arasında yeni xəstəlik yayılıb - Xəbərdarlıq

Son 4 ilə ən azı 43 milyon manatlıq tender udan şirkəti hökumətlə nə bağlayır? – Araşdırma

Dövlət qulluğuna qəbul imtahanında 22 nəfər uğur qazanıb

Faiq Ağayevlə Zülfiyyə Xanbabayeva illər sonra bir arada

Qeyri-sabit hava şəraiti sabaha qədər davam edəcək 

Abituriyentlər musiqi sənətinə aid nəzəriyyə fənləri üzrə imtahan veriblər - Yenilənib

Cəlilabadda hündürlükdən yıxılan azyaşlı ölüb

ETSN hava məlumatları ilə bağlı əhaliyə xəbərdarlıq edib

Xamenei Pezeşkianı İranın yeni prezidenti kimi təsdiqləyib

İsrailin xarici işlər naziri Livanla müharibədən qaçmaq üçün son şansı açıqlayıb

Gənclər və İdman Nazirliyi və MOK Azərbaycana qarşı təxribatla bağlı bəyanat yayıb

Ən çox oxunanalar