Bazar ertəsi, 22 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənilərin Qarabağdan köçü... - Bu sülhü bərqərar edəcək, yoxsa münaqişənin yeni mərhələsi başlayır?..

Antiterror əməliyyatından sonra könüllü olaraq Azərbaycanı tərk edən ermənilərin geri dönməsini mümkündür?..

Politoloq: “Erməni əhalinin Qarabağı tərk etməsinin müsbət və mənfi tərəfləri mövcud olsa da, Azərbaycan bu şərtlərin özü üçün məqbul olanını seçib. Gedən erməni əhaliyə mane olmur”.

“Paşinyanın addım və bəyanatlarından başa düşülür ki, o da sülhdə maraqlıdır. Yaxın vaxtlarda bu məsələ nəticə verə bilər, amma Rusiyanın atacağı addımlar nə dərəcədə effektli olacaq ona baxmaq lazım olacaq”.

Bu sözləri politoloq Azər Qasımov ermənilərin könüllü olaraq Azərbaycan ərazilərini tərk etməsinin nəticələrini Poliqon-a şərh edərkən qeyd edib.

Antiterror əməliyyatından sonra tərksilah edilən ermənilər könüllü olaraq Azərbaycanı tərk edirlər. Onların geri dönməsini mümkün hesab etmək olar? Bu köçün AzərbaycanErmənistan üçün hansı siyasi-iqtisadi nəticələri ola bilər? Ermənilərin Qarabağı tərk etmələri özü-özlüyündə Cənubi Qafqazda sülhün bərqərar olmasına yol aça bilərmi, yoxsa bu köç münaqişənin yeni mərhələsini başlaya bilər?

Qarabağda başlanan yeni prosesi Poliqon-un əməkdaşı politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “Bundan sonra həmin əhalinin Azərbaycana geri dönməsi ancaq turist kimi ola bilər, başqa ölkələrin vətəndaşları kimi. Yaşamaq üçün vətəndaşlıq lazımdır”.

Qarabağ ərazisindəki erməni əhalinin əksər kütləsinin Azərbaycan ərazilərini tərk edəcəyini pronoz edən ekspert Poliqon-a açıqlamasında qeyd edib ki, çox az sayda erməninin qalma ehtimalı var, bu da, Azərbaycanın da maraqları çərçivəsindədir:

“Antiterror əməliyyatının yeni siyasi durum yaratdığı mütləqdir. Bu, regionda gələcək proseslərə belə təsir edəcək hadisədir. Burada oynanılmaq istənilən oyunlardan tutmuş, açıq şəkildə bölgənin və gələcəkdə regionun taleyinə təsir edəcək hadisələr baş verməsi prosesləri gedəcək.

Erməni əhalinin Qarabağı tərk etməsinin müsbət və mənfi tərəfləri mövcud olsa da, Azərbaycan bu şərtlərin özü üçün məqbul olanını seçib. Gedən erməni əhaliyə mane olmur. İlk baxışda Qarabağda yaşayan erməni əhali başqa ölkələrin pasportunu daşıyır. Bu, Azərbaycan üçün avantajdır. Gələcəkdə həmin ermənilərin Azərbaycana qarşı maddi və mənəvi təzminat məsələsi və ya insan haqları kimi beynəlxalq konvensiyaların pozulması iddiasının qarşısını alacaq. Amma təbii ki, müəyyən risklər yenə də qalacaq.

Azər Qasımov: “Yeni köç mərhələsinin Ermənistandan olacağı isə mütləqdir”.

Həmin əhalinin Azərbaycana geri dönməsi məsələsi ancaq turist kimi ola bilər, başqa ölkələrin vətəndaşları kimi. Yaşamaq üçün vətəndaşlıq lazımdır. Ermənistana qayıdan ermənilərin əksərən zatən oranın vətəndaşı olduqlarını, Ermənistan büdcəsindən Qarabağa milyonlarla vəsaitin ayrıldığını nəzərə alsaq ciddi iqtisadi problem olma ehtimalı olmayacaq, xüsusən də, beynəlxalq erməniçilik və qurumlar da onlara yardım edəcək. Siyasi nəticəsi Paşinyanın bu illərdə nə dərəcə hakimiyyətdə güclənməsindən asılı olacaq. Amerikanın verəcəyi dəstəyin xarakterindən asılı olaraq dəyişəcək.

Paşinyanın addım və bəyanatlarından başa düşülür ki, o da sülhdə maraqlıdır. Yaxın vaxtlarda bu məsələ nəticə verə bilər, amma Rusiyanın atacağı addımlar nə dərəcədə effektli olacaq ona baxmaq lazım olacaq. Hesab edirəm ki, Qarabağ ərazisindəki erməni əhalinin əksər kütləsi Azərbaycan ərazilərini tərk edəcək. Çox az sayda erməninin qalma ehtimalı vardır ki, bu da, Azərbaycanın da maraqları çərçivəsindədir. Yeni köç mərhələsinin Ermənistandan olacağı isə mütləqdir”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minimum əmək haqqı bu tarixdən artacaq - Açıqlama

Əməkdar artistin toy paltarı gündəm oldu - Foto

Fransalı ekstremalın sehrli xalça kostyumunda uçuşu gündəm oldu - Video

Bakıda güclü yağışdan sonra gölməçə yarandı

“Bakıda hər kəs hər şeyi bilir” - Prezident

Hakimliyə namizədlərə yazılı imtahan keçirilib - Yenilənib

"Xatırlayarsan məni" - Mərhum Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür

ABŞ və Böyük Britaniya Yəmənə zərbələr endirib

Ərdoğan Ersin Tatarın Şuşada Zirvə görüşünə qatılmasından danışdı

Ən çox oxunanalar