Bazar ertəsi, 26 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənilər rusları təhqir etdi, Solovyov əsəbiləşdi - Video

Rusiyalı teleaparıcı, ermənipərəst mövqeyi ilə seçilən Vladimir Solovyov bu dəfə Ermənistan əleyhinə fikirlər söyləyib.

Əvvəlcə erməni xalqını çox sevdiyini deyən Solovyov İrəvanda keçirilən mitinq zamanı Rusiyaya qarşı rus dilində sərt fikirlər səsləndirən Vahe Qasparyan adlı şəxsin sözlərinə hiddətlənib.

"Paşinyan və Ermənistan rəhbərliyinə sualım var. Rusiyada bunu necə başa düşək? İkinci Qarabağ müharibəsi zamanı erməniləri əlində silah olan Qasparyan yox, Rusiya sülhməramlıları xilas etdi. Siz acı məğlubiyyətə uğradınız və qalib gəlmək şansınız yox idi. "Artsax"ı biz ayaqda saxladıq!

Bu insan niyə azadlıqdadır? Niyə Ermənistan rəhbərliyi, erməni cəmiyyəti, erməni ziyalıları buna reaksiya vermir? Niyə Rusiya vətəndaşları və Ermənistanı xilas edən rus sülhməramlılar bunu eşitməlidir? Və Soros tör-töküntüsü, ABŞ-ın pulu ilə mövcud olan birisi bunları deyir. ABŞ-ın dünyada ikinci ən böyük səfirliyi Ermənistandadır”.

Solovyov "onlar azlıqdadır", "onları dəstəkləyən azdır" və s. kimi bəhanələri qətiyyətlə indidən rədd etdiyini də bildirib. O deyib ki, necə ola bilər, Qasparyanın cavabı verilmir, əksinə, alqışlanır?

Mitinqdə Rusiyaya qarşı sərt fikirlər söyləyən Vahe Qasparyan deyib ki, tarixdə heç vaxt erməni rus dostluğu olmayıb. Ermənistan Rusiyanın əlində marionetka olub və indi bu dostluq mifi ifşa edilib, bu, artıq ermənilər üçün aksiomdur. O çıxışını rus şair Lermontovun sözlərilə "Əlvida, yuyulmamış Rusiya” deyərək bitirib. Çoxminli mitinq iştirakçıları isə onu alqışlayıb.

Axar.az ednews.net-ə istinadən daha ətraflı videonu təqdim edir:

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəzaya düşən Nəsiman Yaqublu vəfat edib - Yenilənib

Göygöldə yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib

Almaniya Bundesliqası: "Bavariya" "Volfsburq"a qalib gəldi

Olimpiadada cinsiyyət müzakirələrə çevrilən boksçunun makiyajlı videosu

Toyuna hazırlaşırdı, faciəli şəkildə öldü: 29 yaşlı oğlanın meyiti tapıldı

Rusiya Pavel Durovla əlaqədar Fransaya nota göndərib

Azərbaycan və İran XİN rəhbərləri regional məsələləri müzakirə edib

Qadınlara qarşı amansızlığı ilə dünyanı silkələyən, 53 nəfərin qatili olan Andrey Çikatilo

Bakıda avtobuslar üçün çəkilən zolaq obyekt sahiblərini narahat edir - Video

Bəşər Əsəd Türkiyə ilə barışıq məsələsində irəliləyişin olmadığını açıqlayıb

Laçın Şəhəri Günü təntənə ilə qeyd ediləcək

Azərbaycan Premyer Liqası: "Sabah" evdə qələbə qazanıb

Ən çox oxunanalar