Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənilər Rusiya pasportunu Azərbaycana qarşı silah kimi görürlər - Bəs Rusiya belə bir addımı ata bilərmi?...

Balasanyan yenə Qarabağdakı ermənilərə Rusiya pasportunun verilməsindən dəm vurur və bunu istisna etmir...

Politoloq: “Rusiya Qarabağda müəyyən təxribatlar törədir və törətməkdə də davam edəcək ki, ermənilərlə azərbaycanlılar arasında birbaşa kontaktlar yaranmasın. Bu kontaktlar olduqdan sonra isə burda Rusiyaya heç ehtiyac olmayacaq”.

“Sual olunur ki, əgər atəşkəsə əməl olunmursa, bəyanatın əsas bəndi icra olunmursa, onda Rusiyanın sülhməramlılarının Qarabağda nə işi var?”.

Bu sözləri politoloq Natiq Miri Vitali Balasanyanın ermənilərə Rusiya pasportunun verilməsi məsələsinin yenidən gündəmdə gətirməsini PİA.az-a şərh edərkən qeyd edib.

Qondarma qurumun təhlükəsizlik şurasının sədri Vitali Balasanyan bildirib ki, Dağlıq Qarabağda yaşayan ermənilərə Rusiya pasportunun verilməsi istisna olunmur. Qeyd edək ki, Balasanyan bu barədə Ermənistanın “Arovat” qəzetinə verdiyi müsahibədə danışıb. Hərbi cinayətkar Balasanyan bildirib ki, Rusiya Qarabağda yaşayan ermənilərə pasport verərək qondarma “DQR”-i tanıya bilər. Ona görə Rusiyanın bu addımını istisna etmək olmaz və istisna etmək olmaz ki, ermənilər bunun üçün Rusiya rəhbərliyinə çoxlu müraciətlər edəcəklər: “Biz öz sərhədlərimizi genişləndirəcəyik. Faktiki olaraq Rusiya belə bir addım atarsa, bu zaman erməni xalqının qərarına əsaslanacaq”, deyə Balasanyan vurğulayıb.

PİA.az-ın ənəkdaşı Balasanyanın təxribat dolu açıqlamalarını Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri ilə müzakirə edib.

Natiq Miri: “Erməni silahlıları, erməni terrorçuları Rusiyanın əlində Azərbaycana qarşı daim istifadə olunacaq bir alətdir”.

Dağlqı Qarabağda erməni əsilli insanlara Rusiya pasportunun paylanılması məsələsi ilə bağlı çox ciddi araşdırma ortaya qoyulmalı olduğunu vurğulayan politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, lazım gələrsə, Rusiya Xarici İşlər Nazirliyinə nota verilməli və onlardan bu məsələnin araşdırılması tələb olunmalıdır:

Rusiya pasportlarının separatçı əhaliyə paylanılması təkcə Qarabağ ermənilərinin timsalında yayılmış şayiə və yaxud da faktiki əməl, davranış deyil. Biz bu məsələni Ukraynanın işğal olunmuş ərazilərində, Gürcüstanın Rusiya tərəfindən işğal olunmuş Abxaziya və Cənubi Osetiya ərazilərində, hətta Moldaviyada müşahidə etmişik. Yəni ruslar separatçılara dəstək ola bilmək üçün həmişə belə təxribatlara əl atır.

Bu gün ermənilərin Qarabağa qayıarıltması Rusiyanın konkret planı əsasında məcburi şəkildə həyata keçirilir. Ermənilər Xankəndinə qayıtmağa o qədər də həvəsli deyillər. Çünki ermənilər azərbaycanlılara etdiklərinin fərqindədirlər və artıq bu bölgədə onlar üçün rahat həyatın olmayacağını da bilirlər. Bu baxımdan azərbaycanlılarla birgə yaşamağın perspektivini görmürlər. Buna görə də qorxurlar ki, birlikdə yaşamaq onlar üçün gələcəkdə təhlükələr törədə bilər. Onlar bəlkə də gələcək perspektivlərini Ermənistandan xaricdə, başqa ölkələrdə görürlər.

Rusiyanın hərbi əks kəşfiyyatıı tərəfindən idarə olunan bir qrup insanlar var. Onlardan biri də Vitali Balasanyandır. Balasanyan kimi şəxlər hər zaman Paşinyan hökümətinin düşməni kimi çıxış edib. Bu günün özündə də Balasanyan Paşinyanın devrilməsini tələb edir. Müharibə dönəmində o, yaxına buraxılmırdı. Lakin müharibədən sonra “DQR”in əsas fiquruna çevrilib. Müharibədən dərhal sonra Vitali Balasanyanın qondarma qurumun təhlükəsizlik şurasının sədri təyin olunması əslində Paşinyanın Xankəndində hakimiyyətini itirməsi demək idi və bu gün faktiki olaraq Balasanya “DQR”də öz diktaturasını yaradır. Araik Arutunyan isə artıq onun əlaltısıdır.

Buna görə də Vitali Balasanyan Rusiyanın ortalığa atdığı bu ideyanı daha çox tətikləyir. Burada da əsas məqsəd erməniləri Qarabağa qaytarmaqdır. Yəni Balasanyan və digərləri erməniləri aldadırlar ki, onlar Qarabağa qayıdarlarsa, gələcək perspektivdə rus pasportu alacaqlar ki, bu da həmin insanların Rusiyaya gediş-gəlişini asanlaşdıraq, hətta Rusiyada yaşamasına imkan yaradacaq. Məhz bu cür aldadıcı manevrlərlə erməniləri Qarabağa qaytarmağa sövq edirlər.

Natiq Miri: “Bəyanata görə erməni qoşunları Qarabağda qalmalı deyil. Erməni qoşunları Qarabağdan çıxarılarkən Rusiya qoşunları Azərbaycana gəlməli idi. Amma faktiki olaraq Ermənistan qoşunları Qarabağdan çıxmamış Rusiya bir gün içində demək olar ki, Qarabağı işğal etdi”.

Hər bir halda bu prosesdə Rusiya iştirak edir və bu da 10 noyabrda imzalanmış üçtərəfli bəyanata daban-dabana ziddir. Çünki bu insanlar əgər Qarabağda yaşamağa razıdırlarsa, onlara Azərbaycan pasportu verilməlidir, çünki Qarabağ Azərbaycanın ərazisidir. Putinin də və digər Rusiya rəsmilərinin də Azərbaycanın ərazi bütövlüyünü tanıması və Dağlıq Qarabağın bütün beynəlxalq sənədlərdə, o cümlədən Rusiya dövləti tərəfindən Azərbaycanın tərkib hissəsi olaraq qəbul olunduğu üçün orada yaşayan insanlara Rusiya pasportları verilə bilməz. Əgər həqiqətən də, Rusiya bu insanlara pasport verməyə o qədər maraqlıdırsa, onda buyurub 40-50 min ermənini Dağlıq Qarabağdan Rusiyanın müəyyən ərazilərində yerləşdirsin və onlara vətəndaşlıq hüququ tanısın. Amma Rusiya bunu öz ərazisində etmir. Rusiya bunu Azərbaycan ərazisində etməklə dolayısı ilə Azərbaycana qarşı böyük bir təxribat həyata keçirir ki, daha çox ermənini Qarabağda yerləşdirsin.

Burada da məqsəd əslində problemin hələ də həll olunmamış vəziyyətdə qalmasıdır və Rusiyanın maraqları bunu birbaşa zərur edir. Çünki problemin birmənalı həll olunması Rusiyanın geosiyasi maraqlarına xidmət etmir, daha doğrusu Rusiyanın Cənubi Qafqazdakı geosiyasi maraqlarını məhv edir. Çünki gələcəkdə Qarabağ problemi həll olunsa, Rusiya həm Ermənistana, həm Qarabağa, həm də Azərbaycana təsir imkanlarını itirəcək. Buna görə də müəyyən manevrlərlə Rusiya yenidən “3 meymun”u oynayır. Rusiya Qarabağda müəyyən təxribatlar törədir və törətməkdə də davam edəcək ki, ermənilərlə azərbaycanlılar arasında birbaşa kontaktlar yaranmasın. Bu kontaktlar olduqdan sonra isə burda Rusiyaya heç ehtiyac olmayacaq. Əslində bu gün erməni qoşunlarının Qarabağ ərazisində, daha çox ermənilərin yaşadığı yerdə qalmasında Rusiyanın maraqlıdır.

Bəyanata görə erməni qoşunları Qarabağda qalmalı deyil. Erməni qoşunları Qarabağdan çıxarılarkən Rusiya qoşunları Azərbaycana gəlməli idi. Amma faktiki olaraq Ermənistan qoşunları Qarabağdan çıxmamış Rusiya bir gün içində demək olar ki, Qarabağı işğal etdi. Rusiya bununla yetirməyib erməni ordusunu ermənilər yaşayan yerlərdə təmas xəttində saxlamağa maraqlıdır. Düşünürəm ki, bu axıra kimi belə də davam edəcək. Çünki erməni silahlıları, erməni terrorçuları Rusiyanın əlində Azərbaycan üçün daim istifadə olunacaq bir alətdir. Bu alət zaman-zaman Azərbaycan əsgərinə qarşı istifadə olunub. Artıq Xocavənd rayonunda neçənci dəfədir ki, Azərbaycan əsgəri və mülki şəxsləri öldürülür. Hansı ki, atəşkəsin təmin olunması bilavasitə rus sülhməramlılarının boynunun borcudur. Sual olunur ki, əgər atəşkəsə əməl olunmursa, bəyanatın əsas bəndi icra olunmursa, onda Rusiyanın sülhməramlılarının Qarabağda nə işi var? Rusiya bu öhdəlikləri yerinə yetirməlidir, amma o bunu etmir.

Natiq Miri: “Erməni yaraqlılarını Qarabağa kim buraxıb? Əlbəttə ki, onları rus sülhməramlıları Qarabağa buraxıb. Buna görə də bu gün erməni yaraqlılarının Qarabağda qalması Rusiyanın geosiyasi maraqlarına xidmət edən hadisədir. Bunu unutmaq olmaz”.

Həmçinin Xocavənd rayonunda Azərbaycan əsgərlərinə qarşı terror törədən ermənilər o qədər də çirkli və saqqalı vəziyyətdə deyillər. Hiss olunur ki, onlar çox qısa vaxt çərçivəsində Ermənistandan Laçın dəhlizi vasitəsilə Qarabağa gətirilib. Bunlar açıq-aydın görsənir. Ayrıca əsir düşmüş erməni əsgərlərinin açıqlamaları var. Onlar üç gün öncə Laçın dəhlizi vasitəsilə Qarabağa gəldiklərini etiraf ediblər. Erməni yaraqlılarını Qarabağa kim buraxıb? Əlbəttə ki, onları rus sülhməramlıları Qarabağa buraxıb. Buna görə də bu gün erməni yaraqlılarının Qarabağda qalması Rusiyanın geosiyasi maraqlarına xidmət edən hadisədir. Bunu unutmaq olmaz.

Ayın 27-də Qarabağın Tuğ kəndində baş verən hadisələr təkrarlamağa davam edəcək. Buna görə də düşünürəm ki, artıq Azərbaycan dövləti hərbi təzyiqini artırmalıdır. Hər dəfə bu cür təxribatlardan sonra nədənsə Azərbaycan ordusu tərəfindən sonuncu dəfə ermənilərə xəbərdarlıq edilir. Bu sonuncu dəfə xəbərdarlığı görən nə zaman bitəcək? Bu cür qorxaq davranışla biz nə erməni terrorçularını, nə də Rusiyanı yerinə oturda bilmərik. Ortaya ciddi iradə qoyulmalıdır və hərbi təzyiq artırılmalıdır. Əmin olun ki, hərbi təzyiq artırılan kimi ermənilər qorxuya düşəcək. Eyni zamanda Rusiya da cavabını almış olur. Amma hələlik biz bu iradəni görmürük.

Natiq Miri: “Hər dəfə bu cür təxribatlardan sonra nədənsə Azərbaycan ordusu tərəfindən sonuncu dəfə ermənilərə xəbərdarlıq edilir. Bu sonuncu dəfə xəbərdarlığı görən nə zaman bitəcək?”.

Yalnız ermənilər təxribat törədəndən sonra hərəkət etməyə başlayırıq ki, bu da bizə heç nə qazandırmır. Müharib bitəndən sonra hələ də kasıb balaları cəbhə xəttində şəhid olmağa davam edir. Bu kimə lazımdır? Onsuz da insanların böyük yaraları var. Bu yaralar hələ də sağalmır və xatırladıqca Azərbaycan vətəndaşının gözü yaşarır. Amma çox maraqlıdır ki, biz hələ də şəhid verməyə davam edirik.

Qeyd edim ki, pasport məsələsi ilə bağlı çox ciddi araşdırma ortaya qoyulmalıdır. Lazım olsa, Rusiya Xarici İşlər Nazirliyinə nota verilməli və onlardan bu məsələnin araşdırılması tələb olunmalıdı. Qarabağ beynəlxalq hüquqa görə Azərbaycanın tərkib hissəsidir. Orada erməni yaşasa da, yaşamasa da Xankəndi və digər bölgələr də Azərbaycanın tərkib hissəsi sayılır. Bunu Rusiyanın prezidenti Vladimir Putin də dəfələrlə təsdiq edib. Belə olan halda Azərbaycanın ərazisində yaşayan ermənilərə Rusiya necə pasport verilə bilər? Bu Rusiya tərəfindən törədilən təxribatdır. Onlar erməniləri daha çox Qarabağda yerləşdirməyə çalışırlar. Bu da bizə qətiyyən lazım deyil”.

Nərminə UMUDLU
pia.az


Etiket: Pasport


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxrlanıldı

Zümrüd cin atına mindi: “Murdarsınız, sizə yazığım gəlir”

Azərbaycanlı deputat ziyafətdə mahnı oxudu - Video

Fransa millisinin AVRO-2024 üçün heyəti açıqlanıb

Arzuları yerinə yetirən sehirli ot – Zəncirotu barədə bilmədiklərimiz

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi

Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edilib

Belarus Prezidenti Füzuli rayonuna səfər edib - Yenilənib

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatına Milli Məclisin plenar iclasında baxılacaq - Yenilənib

Paşinyan Ermənistanda kilsə islahatları apara bilər?

Yanacaq filtrinin tutulmasının əlamətləri nələrdir?

Ən çox oxunanalar