Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Erməni generalın təyinatına Bakı laqeyd qala bilməz”


Torpaqlarımızı işğal edən erməni generalının Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına baş katibi təyin edilməsinə Azərbaycan laqeyd qala bilməz


Bu haqda millət vəkili Aydın Mirzəzadə yazıb.

O, bildirib ki, Yuri Xaçaturov Azərbaycan torpaqlarının işğalında iştirak edib və mövqelərimizə qarşı vaxtaşırı təxribatlar təşkil edib:

“Buna görə də Xaçaturovun fəaliyyəti daim Azərbaycan ictimaiyyətinin diqqətində olacaq. Digər tərəfdən, Ermənistandan KTMT-yə daxil olan digər beş ölkə Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Onlar ötən ilin aprelində Ermənistanın Azərbaycana qarşı hərbi əməliyyatlarını dəstəkləmədilər. Bu, Ermənistan və Xaçaturov üçün ciddi bir xatırlatmadır. Xaçaturov istəsə də, istəməsə də, KTMT-nin nizamnaməsinə uyğun hərəkət etməli olacaq. Əgər səlahiyyətindən kənar bəyanatlar verərsə, onda həmin təşkilatın üzvü olan dövlətlərin ciddi etirazı ilə qarşılaşacaq. Eyni zamanda, Azərbaycan bu məsələni diqqətdən kənarda qoymayacaq”.

Millət vəkili xatırladıb ki, Azərbaycan müstəqil ölkədir və BMT tərəfindən tanınmış sərhədləri var:

“Ona görə də Xaçaturov etdiyi əməllərin əksinə olaraq bu gün özünü diplomat, hüquqa bağlı insan kimi aparmalıdır”.

Qeyd edək ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) rəhbəri vəzifəsində erməni general Yuri Xaçaturov təyin edilib. O, səlahiyyətlərinin icrasına mayın 2-dən başlayacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Paltaryuyan maşına içində dəfnə yarpağı olan corab qoyun

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular

Bürclərin yanlış bilinən xarakterləri - Əsas miflər

“Avroviziya”dan bir gün öncə Quran yandırılacaq

Müğənni Əbdül Xalid dəhşətli qəzaya düşüb   

Tbilisi ilə Vaşinqton arasında gərginlik artıb, Gürcüstanın Baş naziri ABŞ-a getməyib

Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb

Ən çox oxunanalar