Cümə axşamı, 04 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Erhan Ufak Azərbaycanda cəzalandırıldı

Bir neçə gün əvvəl Azərbaycana gələn "Kurtlar Vadisi" serialında "Güllü Erhan" obrazını canlan.dıran türkiyəli aktyor Erhan Ufak barəsində inzibati protokol tərtib olunduğu iddia edilir..

Poliqon xəbər verir ki, Qaynarinfo-ya daxil olan xəbərdə bildirilir ki, Erhan Ufak Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə cərimələnib.

Sözügedən maddə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlıdır.

Maddədə inzibati cəza növü kimi fiziki şəxslərin 1000 manatdan 2000 manatadək, vəzifəli şəxslərin 3000 manatdan 5000 manatadək, hüquqi şəxslərin isə 20 000 manatdan 25 000 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.

Elektron Məhkəmə Sistemində Erhan Ufak adlı şəxslə bağlı məhkəmə işi barədə məlumatın yerləşdirilməsi iddiaların əsassız olmadığına şübhələri artırır. Sistemindəki məlumatdan aydın olur ki, Erhan Ufak dövlət qurumunun qərarından narazı qalaraq Yasamal Rayon Məhkəməsinə şikayət ərizəsi təqdim edib. İş hakim Günel Əkbərlinin icraatındadır.

Məhkəmənin vaxtı barədə isə məlumat yoxdur.

Qeyd edək ki, Erhan Ufakın Azərbaycanda "Sənət Akademiyası" açıb.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Dövlət Akademik Filarmoniyasında əməliyyat keçirilib

Bu gün Ramiz Mehdiyevin kürəkənin məhkəməsidir: Proses süni şəkildə uzadılır? - Sensasion detallar

Rafiq Quluyevin rəhbərlik etdiyi rayonda obyekt səkidə tikilib? - Foto

Avropada yaşamaq üçün ən yaxşı şəhər açıqlandı

Türkiyə Prezidenti və Pakistanın Baş naziri COP29-da iştirak edəcəklər

ABŞ Ukraynaya yeni hərbi yardım paketi elan edib    

Lukaşenko: Dərhal “İsgəndər”lə zərbə endirəcəyik!

Prezident İlham Əliyev Astanada “ŞƏT plyus” formatında görüşdə çıxış edib - Yenilənib

Ən çox oxunanalar