Çərşənbə, 10 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərəstun Oruclu: Sülh prosesi ilin sonuna qədər uzanacaq və təəssüf ki, hələlik bir nəticə olmayacaq...

NATO Baş katibinin nümayəndəsi bəyan edib ki, Azərbaycanla Ermənistan arasında sülh danışıqlarında ABŞ-ın və Avropa İttifaqının vasitəçiliyini dəstəkləyirlər...

Siyasi-şərhçi: “Əslində sülh danışıqlarının uzanmasının səbəbi məhz vasitəçilik məsələsidir”.

Rusiya Azərbaycana bir sıra məsələlərdə yaşıl işıq yandırmaqla Qərbin apardığı danışıqları faktiki olaraq pozdu. Qərb isə Ermənistanı Rusiyanın vasitəçiliyindən imtinaya sövq edir”.

Bu sözləri politoloq siyasi-şərhçi Ərəstun Oruclu AzərbaycanErmənistan sülhü uğrunda gedən vasitəçilik məsələsini Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, NATO Baş katibinin nümayəndəsi bəyan edib ki, Azərbaycanla Ermənistan arasında sülh danışıqlarında ABŞ-ın və Avropa İttifaqının vasitəçiliyini dəstəkləyirlər. Buradan belə nəticəyə gəlmək olarmı ki, Rusiya sülh danışıqlarında obyektiv yanaşmayla öz töhfəsin verəsi olsa, ABŞ, Avropa eləcə də NATO-nun özü “suyu bulandıracaq?” Ümumiyyətlə isə, beynəlxalq təşkilatların vasitəçiliklə bağlı israrları sülh prosesinə necə təsir edir?

Mövzunu Poliqon-un əməkdaşı siyasi-şərhçi Ərəstun Oruclu ilə müzakirə edib.

Ərəstun Oruclu: “Artıq belə bir fikir yaranıb ki, Ermənistan Qərbin vasitəçiliyinə daha çox meyilli görünür, Azərbaycan isə Rusiyanın”.

Bütün bu məsələlərin sülh danışıqlarının başında olduğunu düşünən ekspert Poliqon-a bildirib ki, vasitəçilər böyük ehtimalla sülhün təminatı adı altında bölgəyə öz silahlı qüvvələrini yerləşdirəcəklər:

“Əslində sülh danışıqlarının uzanmasının səbəbi məhz vasitəçilik məsələsidir. Məsələ burasındadır ki, istənilən sülh sazişində vasitəçilik edən tərəflər bundan öz geosiyasi və regional maraqlarını təmin etmək üçün yararlanırlar. Mübahisə də bunun üstündədir.

Artıq belə bir fikir yaranıb ki, Ermənistan Qərbin vasitəçiliyinə daha çox meyilli görünür, Azərbaycan isə Rusiyanın. Rusiya Azərbaycana bir sıra məsələlərdə yaşıl işıq yandırmaqla Qərbin apardığı danışıqları faktiki olaraq pozdu. Qərb isə Ermənistanı Rusiyanın vasitəçiliyindən imtinaya sövq edir.

Əlbəttə ki, burada hansı tərəf vasitəçilik əldə edəcəksə, o sülh müqaviləsinin başa çatmasına, sülh müqaviləsinin imzalanmasına vasitəçiliklə yekun vura biləcəksə, qarşı tərəf narazı qalacaq və ən müxtəlif addımlara əl atacaq, müxtəlif bəhanələr tapacaq. Həmin bəhanələri tapmaq o qədər də çətin deyil. Tutaq ki, bu gün Qərbdən Azərbaycan hökumətinə qarşı çox sərt mövqe sərgilənib. Bunu insan haqları, seçkilər, korrupsiya ilə əlaqələndirirlər. Amma səbəb Azərbaycanın Rusiyanın yanında olmasıdır. Bu şübhəsiz ki, hər kəs üçün aydındır.

Ərəstun Oruclu: “Əlbəttə ki, burada hansı tərəf vasitəçilik əldə edəcəksə, o sülh müqaviləsinin başa çatmasına, sülh müqaviləsinin imzalanmasına vasitəçiliklə yekun vura biləcəksə, qarşı tərəf narazı qalacaq və ən müxtəlif addımlara əl atacaq, müxtəlif bəhanələr tapacaq”.

Bəli, Azərbaycanda insan haqlarının, hüquq və azadlıqlarının vəziyyəti acınacaqlı vəziyyətdədir. Amma bu günə qədər buna susurdular. Çünki sülh prosesində irəliləyişə nail olmaq istəyirdilər. Məhz Azərbaycan Qərb platformalarında iştirak etdiyinə görə susurdular. Rusiya prosesə qatıldı, Azərbaycanı Qərb platformasından çəkindirdi və həmin o problemlər şişdi, böyüdüldü, həbslər aparıldı. Sanki Azərbaycan hökuməti Qərbin vasitəçiliyindən imtina etmək üçün bu addımları atdı.

Yəni bütün bu məsələlər sülh danışıqlarının başının altındadır. Çünki vasitəçilər böyük ehtimalla sülhün təminatı adı altında bölgəyə öz silahlı qüvvələrini yerləşdirəcəklər. Bu da regionun digər tərəf üçün əldən getməsi, itirilməsi deməkdir. Bu isə geosiyasi mübarizədə məğlub olmaq deməkdir. Buna görə də bütün bu mübahisələr sülh prosesinə mane olur. İstisna etmirəm ki, bu proses ilin sonuna qədər davam edəcək və təəssüf ki, hələlik bir nəticə olmayacaq”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bayram Yusifov “YAP”-a qarşı – Deputat olacağam….

Lalə Məmmədova: “Hamilə olarkən ərim məni xəbərsiz boşadı” - Video

156 nəfər deputatlığa namizədliyini irəli sürüb

Bakıda xəstə baş həkimin otağına benzin tökərək yandırıb - Foto, Yenilənib

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olundu

Adil Əliyevin deputat səlahiyyətlərinə xitam verilib - Yenilənib

Pezeşkian verdiyi vədlərini yerinə yetirə biləcəkmi?

Azərbaycanın iki rayonunda internetin işində yaranan problem həll olunub - Yenilənib

AVRO-2024: Bu gün yarımfinal görüşləri start götürür

Ən çox oxunanalar