Bazar, 28 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ərdoğanın son 8 ayda İdlib, Liviya və Dağlıq Qarabağda etdiklərinə baxmaq lazımdır”

ABŞ-ın Ankaradakı keçmiş səfiri Ceyms Cefri “Al Monitor”-a verdiyi müsahibədə Türkiyə ilə bağlı önəmli fikirlər səsləndirib.

PİA.az xəbər verir ki, amerikalı diplomat Co Baydenin əsas hədəflərinin Çin, Rusiya, Şimali Koreya, İranla nüvə anlaşması və iqlim böhanı olduğunu bildirib.

O, Baydenin altıncı hədəfinin Türkiyə ilə münasibətlər olduğunu, bu məsələnin İranRusiya ilə əlaqədar olduğunu söyləyib.

Cefri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dünyanın ən güclü liderlərindən biri olduğunu da vurğulayıb:

“Ərdoğan məntiqli oyunçudur. Əgər Bayden dünya miqyasında gedən proseslərə bərabər səviyyədə bir yarış kimi qəbul etsə, Türkiyə son dərəcə önəmli bir yerə çıxır. Sadəcə olaraq, Ərdoğanın son səkkiz ayda İdlib, Liviya və Dağlıq Qarabağda (Azərbaycan) etdiklərinə baxmaq lazımdır. Həmin bölgələrdə ruslar və onun müttəfiqləri məğlub oldular”.

Amerikalı diplomat Türkiyənin ABŞ üçün ciddi NATO müttəfiqi olduğunu vurğulayıb:

NATO-nun bölgədə İrana qarşı müdafiə məqsədilə yerləşdirilmiş anti-ballistik raket və radar sistemlərinin hamısı Türkiyədədir. Türkiyə olmasa, Yaxın Şərq, Qara dəniz və Qafqazda iş görmək mümkün deyil. Türkiyə Rusiyaİranın ən təbii rəqibidir”. (Teleqraf)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəşad Nəbiyevin uğursuz taksi islahatı… – yuxarıları aldatmaq cəhdi, yoxsa səriştəsiz fəaliyyət…

Ziya Məmmədovun qardaşından sensasion açıqlama

Şahin İsmayılov Beyləqandan niyə qovulmuşdu? – İlginc iddiaalar

Tofiq Yaqublunun məhkəməsində ittiham aktı elan olunub

“Arash Medical Company”ni Anar Bayramov üçün özəl edən səbəb...

Beynəlxalq səyyahlar Füzulidə minaların zərərsizləşdirilməsi prossesini izləyib - Yenilənib

Qurban Yetirmişlidən zəlzələ iddialarına sərt reaksiya : “Mən fala baxmıram”

"Hizbullah" İsrailə raket zərbəsi endirib- Ölənlər var

“Yelo Bank”ın depozitləri azalıb – Şirkətlər 550 milyon manatı geri çəkib

Abşeron rayonunda şəhid ailələri və vətəndaşlarla görüşlər keçirilib

Ən çox oxunanalar