Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğan SOCAR-dan kimin “kəllə”sini istədi?


Prezidentə Gülən Camaatının Azərbaycanın qeyri-neft sektorunun 70 faizinə nəzarət etməsi barədə məlumat verilib


AKP-Camaat qarşıdurması Azərbaycandan da yan keçmədi. Ərdoğan Camaatın əsas mərkəzlərindən biri sayılan Bakıya gəlməklə, müvafiq mesajlarını verdi. Heç şübhəsiz Türkiyədəki seçkidən öncə adı Fətullah Gülən camaatı ilə hallanan Elnur Aslanovun vəzifədən çıxarılması və Ərdoğan Bakıya gəldiyi gündən bir gün öncə dəfələrlə kiçik vəzifəyə təyinatı (hər nə qədər yüksək adlandırılsa da, nazirliyin adında yüksək ifadəsi olsa da, vəzifəsi çox aşağıdır) rəsmi Bakının Türkiyə iqtidarına jesti kimi qiymətləndirildi. Lakin Camaatla körpüləri yandıran Ərdoğanın bu qane edə bilməz. Bu səbəbdən də Ərdoğan öncəliklə camaatın Bakıdakı iqtisadi rıçaqlarını kəsmək istəyir.

Bilindiyi kimi Azərbaycanın qeyri-neft sektorunun 70 faizi Fətullah Gülən Camaatının nəzarətində olan şirkət qruplarının əlindədir. TUSİAB adlı təşkilatın əsas qüvvəsini də məhz Camaatın şirkətləri təşkil edir.

Neft sektorunda isə SOCAR-ın xaricdəki bir sıra önəmli proyektlərini məhz camaat görür. Bu səbəbdən də, Ərdoğanın basilica hədəfində SOCAR var.  Maraqlıdır ki, Ərdoğan Rövnəq Abdullayevin müavini Xaliq Mustafayevi hədəf seçib. Məlumatlı mənbənin sözlərinə görə, camaatın SOCAR-dakı əsas dayağı sayılan bu şəxsin fəaliyyətlərindən Türkiyə baş naziri də xəbərdardır və Rövnəq Abdullayevi deyil, məhz onu hədəf seçib: “Dosyedə ilk üç isimdən biri Xaliq Mustafayevdir. “Çağ Öyrətim” ilə birlikdə yaradılan Beynəlxalq Təhsil Mərkəzinin rəhbərlərindən olan SOCAR-ın Kadr, Rejim və İnformasiya texnologiyaları üzrə vitse-prezidentXaliq Məmmədov şirkətin “görünməyən patron”udur. Baş nazir onun getməsi ilə SOCAR-da Camaata ciddi zərbə vura biləcəyini düşünür. Çünki o da R.Abdullayevin bu işlərdən başı çıxmadığını və Xaliq Məmmədovun istəyinə görə hərəkət etdiyini bilir”. (azerinfo.org)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı qərar

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Ən çox oxunanalar