Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğan-Putin görüşü... - Gözləntilər özünü doğruldacaq?

Bu gün Türkiyə və Rusiya liderlərinin çoxdan gözlənilən görüşü baş tutacaq...

Politoloq: “Türkiyə və Rusiya liderlərinin görüşündə “taxıl sazişi” bərpa olunacaq. Çünki Ərdoğan Putinin dilini yaxşı bili”.

“Türkiyə yaxşı başa düşür ki, bölgədəki hadisələr ümumtürk dünyasına qarşıdır”.

Bu sözləri politoloq Qabil Hüseynli Ərdoğan-Putin görüşündəki gözləntiləri Poliqon-a şərh edərkən qeyd edib.

Bu gün Ərdoğanın Soçidə Putinlə çoxdan gözlənilən görüşü baş tutacaq. Bu görüşə olan gözləntilərin özünü doğrultmasına inanmaq olar? Xüsusilə, “Taxıl sazişi” və Cənubi Qafqazdakı həddindən artıq gərgin vəziyyət iki liderin görüşündən sonra müəyyən qədər həll yolunu tapa bilərmi?

Türkiyə və Rusiya liderlərinin görüşü Poliqon-un əməkdaşı politoloq Qabil Hüseynli ilə müzakirə edib.

Qabil Hüseynli: “Güman edirəm ki, Ərdoğan müəyyən məsələlərdə ümumi mövqeyə nail olduqdan sonra bu görüşdən ayrılacaq”.

Moskvanın verdiyi sözləri tutmadığını xatırladan politoloq Pokliqon-a bildirib ki, buna baxmayaraq Ərdoğan-Putin görüşünə ümidlər böyükdür:

“Düşünürəm ki, Türkiyə və Rusiya liderlərinin görüşündə “taxıl sazişi” bərpa olunacaq. Çünki Ərdoğan Putinin dilini yaxşı bilir.

Cənubi Qafqaz məsələsi isə bizim üçün ən önəmli məsələdir. Xüsusilə də, buradakı sülhməramlıların vəzifələrinin öhdəsindən gəlməməsi məsələsi bizi çox narahat edir. Mən əminəm ki, Ərdoğan Putini bu istiqamətdə fəallaşmağa vadar edə biləcək. Amma bir qorxu var ki, Rusiya adətən söz verir, sonra verdiyi sözü sadəcə “unudur”. Daha doğrsu Rusiya adətən nələrisə boynuna götürür, amma sonra onların icrasında öz strateji maraqlarını ön plana çəkir.

Qabil Hüseynli: “Bundan sonra Türkiyənin bölgə ilə maraqlanması, bölgəyə diqqət yeritməsi də artacaq”.

Hər bir halda, Türkiyə Putinlə bu məsələlərdə fikir mübadiləsi aparacaq və çalışacaq ki, Rusiyanı öz yerində oturtsun. Üstəlik də, bundan sonra Türkiyənin bölgə ilə maraqlanması, bölgəyə diqqət yeritməsi də artacaq. Türkiyə yaxşı başa düşür ki, bölgədəki hadisələr ümumtürk dünyasına qarşıdır. Turan ideyasının gözdən salınmasına qarşıdır. Eyni zamanda türk dövlətləri bir-birinə qarşıdır. Buna görə də bu məsələlərdə Ərdoğanın çox ciddi olacağına inanıram.

Əlbəttə ki, Rusiya indi ağır vəziyyətdədir. Moskva geriləməkdə davam edir. Beləliklə də, Rusiyanın daha üzü yola olması aydın görünür. Güman edirəm ki, Ərdoğan müəyyən məsələlərdə ümumi mövqeyə nail olduqdan sonra bu görüşdən ayrılacaq. Hər bir halda, Ərdoğan-Putin görüşünə ümidlər böyükdür. Düşünürəm ki, Ərdoğan bu görüşdə planlaşdırdığı məsələlərin hamısını həyata keçirə biləcək”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Natiq Cəfərli: Gələcəkdə Rusiya iqtisadiyyatında dərin böhran dalğaları yaranacaq...

Ən çox oxunanalar