Bazar ertəsi, 08 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğan İraqın şimalındakı yerli hakimiyyətə xəbərdarlıq edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın şimalında yerləşən Kürdüstan Regionunun rəhbərliyinə PKK terror qruplaşması və onun qollarına dəstəklə bağlı xəbərdarlıq edib...

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, dövlət başçısı həmin ərazidə terror qruplaşmalarının yeni təşkilatlanma hallarının müşahidə edildiyini bildirib.

Misirdən rəsmi səfərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandıran R.T.Ərdoğan söyləyib ki, İraqın şimalındakı yerli hakimiyyətə əvvəllər də dəfələrlə xəbərdarlıq ediblər:

“Orada yeni-yeni təşkilatlanmalar görürük. Süleymaniye, dəfələrlə xəbərdarlığımıza baxmayaraq PKK/YPG/PYD terror təşkilatlarına qol-qanad verməyə davam edir. Biz bu məsələni də gündəmə gətirdik. Kimsə bizdən fərqli mövqe gözləməsin, lazımi reaksiyanı verəcəyik. Əlimizdən gələn addımları atırıq, atacağıq. Məsələ təhlükəsizliyimizdirsə, nə lazımdırsa, onu da edəcəyik. Məqsəd bizə qarşı düşmənlikdirsə, buna qarşı da verəcək cavabımız var”.

Poliqon.info


Etiket: Ərdoğan İraq


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dənizdə batan qadını xilas edərkən özü boğuldu

Vilayət Eyvazov qətlə yetirilən zabitin vida mərasimində - Foto

“Müharibə Rusiya dağılanda dayanacaq” - Qritsak

Ərdoğandan Türkiyə millisinə dəstək - Fotolar

QMİ Məhərrəm ayı ilə bağlı - Müraciət etdi

Britaniyanın yeni naziri ilk səfərini bu ölkəyə etdi

Ukrayna Rusiyada silah anbarına vurdu - Əhali köçürülür - Video  

Layihə parlamentə göndərildi – “Bozqurd milli simvol kimi tanınsın”

Bakıda axtarışda olan şəxs tərəfindən öldürülən polis kapitanı dəfn edilib

Ən çox oxunanalar