Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ən vacib məsələ qalır: Minalanmış ərazi…”

Ekspertdən maraqlı şərh

Ölkədə bir çox sahələrdə, xüsusən vergi və gömrükdə həyata keçirilən islahatlar sahibkarlar üçün əlverişli mühitin formalaşdırılması istiqamətində, işgüzar mühitin sağlamlaşdırılması baxımından əhəmiyyətli addımlar olsa da, hələ də müəyyən ciddi problemlər qalmaqdadır. Bunlardan ən ciddisi təbii ki, ölkədə məhkəmə sisteminə inamın olmamasıdır.

İqtisadçı ekspert Rövşən Ağayev öz “facebook” səhifəsindən paylaşdığı yazıda bu problemə diqqəti cəlb edib. Həmin yazını təqdim edirik:

“Media təmsilçilərindən son zamanlar ən çox eşitdiyim sual dövlət orqanlarından ixtisarların, kadr yenilənmələrinin nə ilə nəticələnəcəyi ilə bağlıdır.

Praktik olsun deyə bu suala bir bənzətmə ilə cavab vermək olar: təsəvvür edin ki, neçə illərdi məhsulunuzu satıb pul qazanmaq üçün hər gün 10 km-lik bir yolu qət etməlisiniz və başqa alternativiniz yoxdu. İndiyədək bu yol çox bərbad olub, hər km-də sizi yoxlamaq üçün bir məmur postu qoyulub, sonuncu postu keçən kimi isə minalanmış bir ərazidən keçib mənzil başına çatmaqdan savayı alternativiniz olmayıb. Siz minalanmış əraziyə çatana qədər normalda 10 dəqiqə sərf edə bilərdiniz, amma daş-kəsəkli yol, postlarda yoxlamalar nəticəsində sizə 2 saat lazım olub.

Burdakı daşlı-kəsəkli yol və postları biznes üçün indiyə qədər mövcud olmuş əngəllər, minalanmış ərazini isə hüquq-mühafizə və məhkəmə orqanları kimi təsəvvür edin.

Hesab edək ki, bu yolu yaxşıca təmir etdilər, postları da götürüldü və siz 10 dəqiqəyə gedib sonuncu postu da keçdiniz.

Amma ən vacib məsələ yerində qalır – minalanmış ərazi.

İndi belə bir mənzərəni təsəvvür edin – inzibati manelər götürülüb, vergi-gömrükdə probleminiz əhəmiyyətli dərəcədə həll edilib, biznesini təşkil etmək üçün inzibati xərclər və zaman əhəmiyyətli dərəcədə azalıb. Siz də bunu nəzərə alaraq əlinizdəki 200 000 manatı sərmayə kimi yatırırsınız hansısa biznesi qurmağa.

Sizin mülkiyyət hüququnuza qəsd olsa, sizi bazardan sıxışdırıb çıxarmaq üçün ən müxtəlif şərləmə-böhtan mexanizmləri işə düşsə, hansı mexanizmlər vasitəsilə müdafiə olunacaqsınız?

Bütün dünyada bu mexanizm 3 M-dən ibarətdir – müstəqil məhkəmə, müstəqil media və müstəqil vətəndaş cəmiyyəti. Bu “M”lərdən hətta birinin yoxluğu belə sizin kapital;nızı, sərmayənizi təhlükə altında saxlayır. Baxın, görün “M”lərin neçəsi yerindədi… Sonra qalan nəticəni özünüz çıxarın…”(AzPolitika.info)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı qərar

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Ən çox oxunanalar