Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ən az namizəd irəli sürülən dairələr — Siyahı

Milli Məclisə fevralın 9-na təyin edilən növbədənkənar seçkilərdə indiyə qədər Dairə Seçki Komissiyaları (DSK) üzrə qeydə alınan namizədlərin siyahısı açıqlanıb. Siyahı Mərkəzi Seçki Komissiyasının (MSK) saytında yerləşdirilib...

PİA.az xəbər verir ki, azpolitika.info dairələr üzrə açıqlanan informasiyanı təhlil edərək real mənzərəni aydınlaşdırmağa çalışıb. Əvvəlcə Naxçıvan Muxtar Respublikasında (NMR) yerləşən DSK-lar üzrə əsas məlumatları oxuculara təqdim edirik:

1 SAYLI ŞƏRUR-SƏDƏRƏK SEÇKİ DAİRƏSİ

Bu dairədən 3 nəfərin namizədliyi qeydə alınıb. Onlar Vasif Talıbov, Mirvəli Seyidov və Etibar Məmmədovdur. Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun yenidən deputat seçiləcəyi şübhə doğurmur.

2 SAYLI ŞƏRUR SEÇKİ DAİRƏSİ

Bu seçki dairəsindən də 3 nəfərin namizədliyi qeyd alınıb: İsa Həbibbəyli, Ziyad Allahverdiyev və Sabir Eyvazov deputat seçilmək iddiasındadırlar. AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin yenidən millət vəkili seçiləcəyi gözlənilir.

3 SAYLI BABƏK-KƏNGƏRLI-NAXÇIVAN SEÇKİ DAİRƏSİ

Bu dairədən irəli sürülən hər üç namizəd qeydə alınıb - Səttar Mehbalıyev, Hüseyinqulu, Bədəlov, Nəriman Quliyev. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, hazırki deputat Səttar Mehbalıyev yenidən mandat alacaq.

4 SAYLI NAXÇIVAN ŞƏHƏR SEÇKİ DAİRƏSİ

Bu dairədən namizədliyini vermiş 5 nəfərdən 3-nün namizədliyi qeydə alınıb. Onlar – Eldar İbrahimov, Bəhruz Məmmədov və Nübar Quliyevadır.

Qocaman deputat, Milli Məclisin Aqrar Siyasət Komissiyasının sədri Eldar İbrahimovun daha 5 il deputat olacağı gözlənilir.

5 SAYLI ŞAHBUZ-BABƏK SEÇKİ DAİRƏSİ

Bu seçki dairəsindən də namizədliyini irəli sürən bütün namizədlər qeydə alınıb. Onlar Siyavuş Novruzov, Ramin Hacıyev, Mehriban Həsənova və Qədir Məmmədovdur. YAP-ın icra katibinin müavini, Milli Məclisin Komitə sədri Siyavuş Novruzovun deputat seçiləcəyi şübhə doğurmur.

6 SAYLI CULFA-BABƏK SEÇKİ DAİRƏSİ

Bu dairədən də irəli sürlən 5 namizədin hər biri qeydə alınıb. Onlar - Ülviyyə Həmzəyeva, Mətləb Aslanov, Hicran Həsənov, Abdulla Məhərrəmov, Rəhman Şahvəliyevdir.

Hazırki deputat Ülviyyə Həmzəyevanın yenidən mandat alacağını ehtimal etmək olar.

7 SAYLI ORDUBAD-CULFA SEÇKİ DAİRƏSİ

Bu dairədən isə irəli sürülən 4 namizəddən 3-nün namizədliyi qeydə alınıb. Cəbi Quliyev, Kamal Lütvəliyev, Etibar Fərəcov deputat olmaq iddiasındadırlar.

Xatırladaq ki, ötən seçkilərdə bu dairədən BAXCP sədri Qüdrət Həsənquliyev deputat seçilib. Hazırda o namizədliyini 36 saylı Xətai dördüncü seçki dairəsindən irəli sürüb. 7 saylı dairədən bu dəfə Naxçıvan MR Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyevin millət vəkili seçiləcəyi gözlənilir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Üç bürcü mayın ortalarında qeyri-adi dəyişikliklər gözləyir

Soyuq may ayında qiyməti ilə “hərarətləndirən” kafelər: Bulvardakı vəziyyət nə zaman düzələcək? - Video

Gürcüstanın Baş naziri: ABŞ-nin sanksiyalar söhbəti qeyri-ciddidir

Ən çox oxunanalar