Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Emin Alessandro ilə Maqomayevin mahnısını oxudu - Video

Dünya şöhrətli müğənni Müslüm Maqomayevin ifa etdiyi “Sinyaya veçnost” əsərinin bu il 50 yaşı tamam olur

Elə bu səbəbdən Xalq artisti, bəstəkar-müğənni Emin Ağalarov həmkarı, italyan əsilli ifaçı Alessandro Safina ilə birlikdə sözügedən mahnını duet şəklində ifa edib.

Dueti Emin rus dilində, Alessandro isə italyan dilində səsləndirib.

Alessandro möhtəşəm əsəri ilk dəfə taksidə gedən zamanı radioda eşitdiyini dilə gətirib.

“Bu mahnını eşidən kimi ona aşiq oldum. Daha sonra ötən il Bakıda keçirilən “Jara” musiqili festivalda bu mahnını italyan dilində oxumaq qərarına gəldim. Mən bəstənin müəllifi, maestro Müslüm Maqomayevi çox sevirəm. Möhtəşəm çıxışdan sonra Emin mənə bu bəstəni birlikdə duet şəklində iki dildə ifa etməyi təklif etdi. Nəticə çox mükəmməl oldu”.

E.Ağalarov isə möhtəşəm əsər barəsində bu fikirləri səsləndirib.

“Müslüm Maqomayev tanıdığım artistlər arasında ən möhtəşəmidir. “Sinyaya veçnost” bəstəsi dahi sənətkarın səsinin möhtəşəmliyini ortaya çıxaran sözsüz və şərtsiz hitdir. Bu əsər mənim üçün çox qiymətlidir, məhz bu səbəbdən bütün solo konsertlərimdə mahnını ifa edirəm.

Dünyada bu əsərin tanınması üçün həmmişə istəyirdim ki, o, müxtəlif dillərdə səslənsin. Ona görə də bu əsəri festivalda Alessandro Safinanın ifasında eşidəndə onu iki dildə yazmağın gözəl olacağını başa düşdüm. Mənə elə gəlir ki, duetimiz çox gözəl və ən əsası, səmimi alınıb”. (oxu.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Xankəndidə İqtisadi məsələlər üzrə İşçi Qrupunun növbəti iclası keçirilib

Ən çox oxunanalar