Cümə, 09 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Emin Ağalarov: "Jara" filmi izləyicilərin xoşuna gələcək və əhvalını yüksəldəcək"

Azərbaycanın bu gün MDB ölkələrinin mədəni məkanında təmsil olunması üçün çox şey edir...

"Bakıda keçirilən "Jara" musiqi leyblımız və festivalımızı hamı, eyniadlı telekanalın və radionun auditoriyası tanıyır. Bir çox həmvətənim Avropanın hit-paradlarında liderlik edirlər. Müəyyən dərəcədə Sovet təcrübəsinə qayıdırıq, sadəcə, rəqabət əsasında. Çünki artıq ifaçını Bədii Şura yox, real dinləyici seçir. Ölkələr arasındakı sərhədlər yaradıcılıq yolu ilə silinməlidir. Bu, belə də olur".

"Report" xəbər verir ki, bunu Azərbaycanın Xalq artisti, müğənni Emin Ağalarov "Belarus seqodnya"ya müsahibəsində deyib.

Onun sözlərinə görə, Azərbaycanın bu gün MDB ölkələrinin mədəni məkanında təmsil olunması üçün çox şey edir.

E.Ağalarov artıq Dubayda festival təşkil etdikləriini, planda ABŞ və Türkiyədə festival keçirilməsinin olduğunu qeyd edərək belə bir tədbirin Minskdə də keçirilməsinin mümkün olduğunu vurğulayıb.

Bakıda keçirilmiş festivala həsr olunmuş "Jara" filminin premyerası barədə danışan E.Ağalarov filmdə hadisələrin Bakıda baş tutmuş festival zamanı yaşandığını, filmin asan, əhval-ruhiyyəli, romantik komediya olduğunu söyləyib.

"Filmdə rekord sayda ulduz çəkilib: Filipp Kirkorov, Nikolay Baskov, Ani Lorak, Yeqor Krid və başqaları. Onların hamısı özünü canlandırıb. Film artistlərtin səhnə arxası həyatı çox qabarıq və aydın göstərir, lakin süjet xətti də var. Düşünürəm ki, film izləyicilərin xoşuna gələcək və əhvalını yüksəldəcək", - o əlavə edib.

Qeyd edək ki, Azərbaycanda sentyabrın 5-dən etibarən "CinemaPlus" kinoteatrlar şəbəkəsində “Jara" romantik komediya filminin nümayişi başlanıb.

Filmin süjeti Rusiya estradasının ulduzları ilə dolu təyyarədə başlayır. Onlar Bakıda keçirilən “Jara" festivalına uçurlar. Onların arasında Daşa Steklova adlı qız da var. O, filmin qəhrəmanı və “Jara" festivalının ulduzu olaraq tədbiri öz şousu ilə bağlayan artistdir. Onun rolunu “Otel Eleon” serialında, eləcə də Emin Ağalarovun “İnanılmaz” və “Wicked Game” mahnılarına çəkilmiş kliplərdə rol almış Diana Pojarskaya ifa edir.

pia.az


Etiket: Emin Ağalarov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xərçəngin səhərlər ortaya çıxan əlamətləri - Ehtiyatlı olun!

Atasını öldürən şəxsin qardaşını güllələdi - Bakıdakı qətlin təfərrüatı

Şəxsiyyət vəsiqəsini dəyişdirmək istəyənlərin nəzərinə

İqtisadçı ekspert: Dollar tezliklə bahalaşa bilər, manata təzyiqlər kəskin artıb...

Türkiyədə yaxşı tətil keçirmək üçün hara getmək lazımdır? - Fotolar

İşdən çıxarılan icra başçısının mülkləri…

Azərbaycanda indiyədək 1 030 nəfərin deputatlığa namizədliyi qeydə alınıb - Yenilənib

Ən çox oxunanalar