Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elxan Şahinoğlu Rauf Arifoğlu haqda yazır

“... Onun parlamentdə mövqe bildirən millət vəkillərindən biri olacağna inanıram”...

Tanınmış politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu 35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu haqda yazıb. Musavat.com həmin yazını təqdim edir:

Parlament seçkilərinə sayılı günlər qalıb. Rauf Arifoğlunun namizəd olduğu dairədəki mübarizəni diqqətlə izləyirəm. Millət vəkilliyinə namizəd olan jurnalist dostlarımın, o cümlədən Rauf Arifoğlunun uğur qazanmasını arzulayıram. Çünki, inanıram ki, Rauf Arifoğlu peşəkar jurnalist və illərin media rəhbəri olaraq millət vəkili seçilərsə vətəndaşların problemlərinin həllində mühüm rol oynayacaq. Rauf bəyin parlamentdə mövqe bildirən millət vəkillərindən biri olacağına inanıram.

Rauf Arifoğlu və onun qərargahı hazırda aktiv seçki kampaniyası keçirir, qapı-qapı, məhəllə-məhəllə gəzərək vətəndaşların dərdlərini və problemlərini dinləyirlər. Elə ona görə də Rauf bəyin gəzdiyi məhəllələrdə, görüş keçirdiyi qapalı zallarda və açıq havadakı mitinqlərində qəbələlik olur.

Dövlət başçısı İlham Əliyev erkən parlament seçkisini iki amillə izah etmişdi. Birincisi, yeni parlamentə seçiləcək millət vəkilləri qanunvericiliklə məşğul olmalı, yəni keçmişdə olduğu kimi notarius funksiyasını yerinə yetirməməli, ikincisi, seçildiyi dairələrinə bağlı olmalıdırlarlar. Rauf Arifoğlu bu iki kriteriyaya tam uyğundur. Rauf bəyin millət vəkili seçiləcəyi təqdirdə həm qanunvericliklə fəal məşğul olacağını, həm də seçicilərinə indiki kimi sıx bağlı olacağını düşünürəm. Bundan başqa Rauf bəyi medianın parlamentdəki təmsilçisi olacağına da əminəm. Mediamızın problemləri çoxdur, onları həll etmək lazımdır. Bunun üçün parlamentdə medianın və jurnalistlərin Rauf bəy kimi sözçüsü olmalıdır. (Musavat.com)

pia.az


Etiket: Rauf Arifoğlu

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib qanını tökdü

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur - Jurnalistlərdən Elmira Axundovaya cavab

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqladı: “Dəvət edilmədim”

Qəbələdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - Yenilənib

Ən çox oxunanalar