Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Elmira Axundova Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycan Respublikasının Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat – GUAM yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.
Pravda.az Elmira Axundova ilə əlaqə saxlayıb.
E.Axundova isə əməkdaşımızın suallarına belə cavab verib: “Sabah açıqlama verərəm...”
Qeyd: Bir müddət əvvəl E.Axundovanın səhhətində problem olduğu ilə bağlı məlumatlar yayılmışdı.Onun Rusiya-Ukrayna müharibəsi başlayandan uzun müddətdir Bakıda olması müzakirəyə səbəb olmuşdu.
Poliqon.info