Bazar ertəsi, 08 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elmira axundova Kiyevə geri dönəcəkmi?– XİN-dən açıqlama

Kiyevdəki səfirliklərini Ukraynanın daha təhlükəsiz bölgələrinə köçürmək məcburiyyətində qalıblar. Həmçinin Kiyevdə fəaliyyət göstərən Azərbaycan səfirliyidə martın 8-də Ukraynanın Lvov şəhərinə köçürülüb.

Kiyevdəki səlahiyyətli səfirimiz Elmira Axundova isə martın 4-də səfirliyin qadın əməkdaşlarından və ailə üzvlərindən ibarət ümumilikdə 40 nəfər heyətlə Azərbaycana geri dönüb.

Hazırda müharibə davam etsə də, Kiyev ətrafında sabitlik hökm sürür. Bu səbəbdən də xarici ölkə səfirliklərinin əksəriyyəti Kiyevə geri qayıtmağa başlayıblar. Artıq Çexiya, Sloveniya, Litva, İtaliya, İspaniya və Türkiyə səfirlik fəaliyyətlərini paytaxt Kiyevdə davam etdirirlər.
Ətraflı

Avropa İttifaqı bu yaxınlarda diplomatik nümayəndəliyini Polşadan Kiyevə köçürdüyünü açıqladı. Fransa hökuməti isə öz səfirliyini bu yaxınlarda Kiyevə köçürəcəyini elan edib.

Bu halda Azərbaycanın Ukraynadakı səfirliyi və səlahiyyətli səfirimiz Elmira Axundova Kiyevə geri dönəcəkmi?

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən “AzPolitika.info”-ya bildirilib ki, Ukraynadakı vəziyyətlə əlaqədar olaraq, bu ölkədə səfirliyin fəaliyyətinə daha geniş kontekstdə, təhlükəsizlik prizmasından yanaşılır: “Mövcud şərait imkan verəcəyi və müvafiq qərar qəbul ediləcəyi təqdirdə səfirliyimiz Kiyevdə fəaliyyətinə geri dönəcək. Hazırda isə bildiyiniz kimi, səfirliyimiz Lvov şəhərində fəaliyyətini davam etdirir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vilayət Eyvazov qətlə yetirilən zabitin vida mərasimində - Foto

Ərdoğandan Türkiyə millisinə dəstək - Fotolar

QMİ Məhərrəm ayı ilə bağlı - Müraciət etdi

Britaniyanın yeni naziri ilk səfərini bu ölkəyə etdi

Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçirilib - Yenilənib

Dənizdə batan qadını xilas edərkən özü boğuldu

Bakıda axtarışda olan şəxs tərəfindən öldürülən polis kapitanı dəfn edilib

Ukrayna Rusiyada silah anbarına vurdu - Əhali köçürülür - Video  

“Müharibə Rusiya dağılanda dayanacaq” - Qritsak

Qətlə yetirilən polislə bağlı - Baş Prokurorluqdan açıqlama

Ən çox oxunanalar