Şənbə, 06 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Elkapone Bakıda qazilərə ev, Moskvada ermənilərə iş verir” - Sabiq cangüdəni danışır

Rusiyada yaşayan azərbaycanlı iş adamı Füzuli Məmmədov artıq özünü diasporanın banisi kimi görür

Bir müddət əvvəl Azərbaycan prezidentliyinə namizəd olmaq istəyən Məmmədov, illərlə diaspora ilə məşğul olduğunu iddia etməsinə rəğmən bu sözün anlamından belə xəbərsizdir. Belə ki, diaspora inancı, mədəniyyəti, milliyyəti eyni olan bir qrupun uzun müddət ana vətənindən uzaqda azlıq kimi yaşamasıdır. Belə olan təqdirdə, Elkaponenin dünya azərbaycanlılarının necə banisi olması sualına cavab tapana mükafat düşür.

Bəs Frenk Elkapone kimdir? Yaşam tərzi necədir? Bu kimi suallara Mikailov Vüqar Mirzə oğlu cavab verir. O, uzun illər Frenk Elkapone kimi tanınan Füzuli Məmmədovun cangüdəni işləyib.

Yenicag.az-a müsahibə verən Vüqar Mikailov Füzuli Məmmədov haqqında danışıb, onu xarakterizə etməklə yanaşı, bir sıra maraqlı məqamlardan söz açıb.

– Əvvəlcə Füzuli Məmmədovla tanışlığınızdan başlayaq. Onunla necə bir araya gəlmisiz?

– Bizim tanışlığımız 1996-cı ilə təsadüf edir. Ortaq tanışımız vasitəsi ilə bir-birimizi tanımışıq. Həmin vaxt o, Reçnoy vağzalında bazar saxlayırdı. Mən də o ərəfədə Sumqayıt və Moskvada idmanın sambo və ağır atletika növü üzrə məşğul olurdum. Məni görəndə iş təklif elədi ki, gəl cangüdənim ol. Mən də razılaşdım.

– Ümumiyyətlə, Füzuli müəllimi necə xarakterizə edərdi? Sizdə hansı fikirləri formalaşdırıb?

– Biznes barəsində bu adam sıfırdır. Ancaq özünü düşünür. Amma yeyib-içən, gəzən adamdı. Həddindən artıq paxıldır. Heç vaxt yanında işləyən insanın yüksəlməsinə imkan verməz. Öz fikri, ideyası yoxdur. Başqalarının fikri ilə hərəkət edir. İç aləmi də boşdur.

– Bunları bilə-bilə uzun illər onun yanında necə işləmisiz bəs?

– Çünki onun mənə, mənim də ona ehtiyacım olub. İki ilə yaxındır ki, onun yanından ayrılmışam. Ataların bir sözü var, əl əli yuyar, əl də qayıdıb üzü…

– Ümumiyyətlə, onun cangüdəni olmaq hansı çətinliklər yaradıb sizə? İşiniz nə dərəcədə çətin idi?

– Bu adam bütün yüksək dairədə çalışanlarla münasibətini pozmuşdu. Öz yaxınları ilə də münasibəti yox idi. Belə olan halda yəqin ki, əlavə şərhə ehtiyac yoxdur.

– Uzun illərdi ki, onunla bir yerdə olmusuz. Maraqlıdır, Füzuli Məmmədov niyə Frenk Elkapone oldu? Onu ad və soyadını dəyişməyə nə vadar etdi?

– Elə mən onun yanında çalışandan adını dəyişmiş, Frenk Elkapone qoymuşdu. Düzü, hansı səbəbdən ad və soyadını dəyişdiyini bilmirəm. Amma bir adam ki, ata-anasının verdiyi adı dəyişirsə, ondan nə gözləmək olar? Belə bir insan vətənini sevə bilər? Belə bir insan ana-bacı qədri çəkər?

– Aydın məsələdir ki, onun hazırda qardaşı Fərhad Məmmədovla da münasibətləri yüksək səviyyədə deyil. Qardaşlar arasında soyuq müharibənin səbəbi nədir?

– Qardaşlar arasında olan problemin səbəbi maddiyyatdır. Çünki “ТДЦ Интер- Север”də hər birinin payı var. Böyük, yol görən insan ətrafını da dolandırmalıdır. Amma o, tam əksinə edib.

– İddia olunur ki, Füzuli müəllim sözügedən ticarət mərkəzində ermənilərə iş verir. Bu nə dərəcədə doğrudur?

– Tamamı ilə doğrudur. Orada çalışanların 30-40 faizi ermənilərdir. Amma sizə onu deyim ki, Moskvada “Erevan Plaza” adlı ticarət mərkəzi var. Orada bir nəfər də olsun, azərbaycanlı tapa bilmərsən. Füzuli Məmmədov Azərbaycanda torpaq uğrunda vuruşub qazi olanlarla ev hədiyyə edir, burda da gəlib ermənilərə şərait yaradır.

– Dediklərinizdən belə başa düşülür ki, onun atdığı addım səmimiyyətdən yox, özünün reklamını aparmasından irəli gəlir…

– Bəli, bu adam ancaq reklamı fikirləşir. Fikrimcə, qazilərimizə ev hədiyyə etmək üçün ondan da varlı insanlar var. İkincisi də, ev hədiyyə edən şəxs, bunu reklam eləməz. Bunu ürəkdən edirsə, atdığı xeyirxah addımı heç kim bilməməlidir. Evi hədiyyə etdikdən sonra təyyarəyə əyləşib geri uçmalıdır.

Füzuli Məmmədovla hansı səbəbdən yollarınız ayrıldı?

– Çünki bu adamın sözü ilə əməli düz gəlmir. Kimisə “vurmaq” istəyəndə bunu öz əli ilə yox, işçisinin əli ilə həyata keçirir. Və nəticədə onun ayağının altını qazmağa başlayır. Ticarət Mərkəzinin adminstratoru məni oradan uzaqlaşdırmağa başladı. Mən nə qədər Füzuli Məmmədova zəng etsəm də, yazsam da heç birinə cavab vermədi. Ən azından uzun illərdi bir yerdə çalışmışıq. Heç olmasa məni çağırıb məsələni aydınlatmalı idi. Amma özünü körpə uşaq kimi apardı, qaçıb İtaliyaya getdi.

Mənbə: Yenicag.az

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilən Kənan Seyidov kimdir? - Dosye

Xankəndidə əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı olub - Yenilənib

AVRO-2024: İspaniya ilk yarımfinalçı olub -  Yenilənib

Prezident Xankəndidə əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib - Yenilənib

Prezident “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib - Yenilənib

Azərbaycan lideri Xankəndi Konqres Mərkəzinin təməlini qoyub -Yenilənib

Macarıstanın Baş naziri Viktor Orban Azərbaycana səfərə gəlib - Foto

İlham Əliyev Şuşada Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib - Yenilənib

Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şuşada gəziblər - Yenilənib

Ən çox oxunanalar