Bazar ertəsi, 26 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əliyevin sərhəddə nəzarət buraxılış məntəqələrinin qurulması təklifi... - İrəvan niyə tərəddüd edir?

Münhen görüşündə prezident İlham Əliyev ilk dəfə Azərbaycan-Ermənistan sərhədində nəzarət buraxılış məntəqələrinin qurulması təklifi ilə çıxış etdi...

Politoloq: “Azərbaycan prezidentinin sözlərinə görə, əvvəl bu təklif qeyri-rəsmi kanallar vasitəsilə İrəvana göndərilib, Münhendə isə rəsmən təqdim olunub”.

“Nikol Paşinyan təklifi qəbul etməsə belə, Laçın yolunun Ermənistanla sərhədində zolağında sərhəd və gömrük xidmətinin yaradılmasına bizə heç nə mane olmamalıdır”.

Bu sözləri politoloq Elxan Şahinoğlu prezident İlham Əliyevin Azərbaycan-Ermənistan sərhədində nəzarət buraxılış məntəqələrinin qurulması təklifini Poliqon.info-a şərh edərkən qeyd edib.

Münhen görüşündə prezident İlham Əliyev ilk dəfə Azərbaycan-Ermənistan sərhədində nəzarət buraxılış məntəqələrinin qurulması təklifi ilə çıxış etdi. Bu təklif özü-özlüyündə beynəlxalq normalara dayanır. Lakin prezident də qeyd edib ki, Nikol Paşinyan bu təklifə cavab verməyib. Belə görünür ki, Ermənistan tərəfi bu məslədə də tərəddüd edir.

İrəvanın bu tərəddüdünü nəylə əlaqələndirmək olar və bu nəzarət buraxılış məntəqələrinin yaranması əslində sülh müaviləsinin bağlanması üçün hansı əngəlləri aradan qaldıra bilər?

Mövzunu Poliqon.info-un əməkdaşı Atlas Araşdırmaları Mərkəzinin rəhbəri Elxan Şahinoğlu ilə müzakirə edib.

Elxan Şahinoğlu: “Paşinyan Azərbaycan vətəndaşlarının “Zəngəzur dəhlizi”ndən istifadə edərkən sənədlərinin yoxlanacağını bildirirsə, biz də eyni hüquqdan istifadə edərək Laçın yolu üzərindən Azərbaycan ərazisində daxil olan və Qarabağdan Ermənistana keçmək istəyənlərin sənədlərini yoxlamalıyıq”.

Laçın yolunun hərbçilərimiz tərəfindən nəzarətə götürülməsininin gec və ya tez həll etməli olduğunu vurğulayan politoloq bildirib ki, Laçın yolunun Ermənistanla sərhədində zolağında sərhəd və gömrük xidməti fəaliyyətə başlamalıdır. Başqa alternativimiz yoxdur:

“Bəli, Azərbaycan prezidenti İlham Əliyev ABŞ dövlət katibi Entoni Blinken və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli görüşdə Ermənistan-Azərbaycan sərhədində nəzarət-buraxılış məntəqələrinin yaradılmasını təklif etdi. Bu təklifə görə, ikitərəfli qaydada nəzarət-buraxılış məntəqələri Ermənistan-Azərbaycan sərhədində yaradılmalıdır. Azərbaycan prezidentinin sözlərinə görə, əvvəl bu təklif qeyri-rəsmi kanallar vasitəsilə İrəvana göndərilib, Münhendə isə rəsmən təqdim olunub. Nikol Paşinyan Münhendə İlham Əliyevin bu təklifinə münasibət bildirməyib.

Nikol Paşinyan təklifi qəbul etməsə belə, Laçın yolunun qurtacağında sərhəd və gömrük xidmətinin yaradılmasına bizə heç nə mane olmamalıdır. Laçın yolunun hərbçilərimiz tərəfindən nəzarətə götürülməsini gec və ya tez həll etməliyik. Yolun sonunda sərhəd və gömrük xidməti fəaliyyətə başlamalıdır. Başqa alternativimiz yoxdur.

Elxan Şahinoğlu: “Nikol Paşinyan Qərbi Zəngəzur istiqamətində Ermənistanın sərhəd və gömrük postları təsis edib”.

Əlbəttə, Nikol Paşinyan həmişəki kimi bu halda 2020-ci il 10 noyabr bəyanatına istinad etməyə çalışacaq və deyəcək ki, “yol açıq olmalıdır”. Ancaq sərhəd və gömrük xidmətinin fəaliyyətə başlaması 2020-ci il 10 noyabr bəyanatına zidd deyil. Yol bağlanmayacaq, nəzarətə götürüləcək, bu Azərbaycanın təbii haqqıdır. Nikol Paşinyan Qərbi Zəngəzur istiqamətində Ermənistanın sərhəd və gömrük postları təsis edib.

Paşinyan Azərbaycan vətəndaşlarının “Zəngəzur dəhlizi”ndən istifadə edərkən sənədlərinin yoxlanacağını bildirirsə, biz də eyni hüquqdan istifadə edərək Laçın yolu üzərindən Azərbaycan ərazisində daxil olan və Qarabağdan Ermənistana keçmək istəyənlərin sənədlərini yoxlamalıyıq. Bununla Qarabağa silah və sursat keçidi imkanlarının, o cümlədən üçüncü ölkə vətəndaşlarının Azərbaycan vizası almadan ərazimizə daxil olmasının qarşısı alınacaq”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəzaya düşən Nəsiman Yaqublu vəfat edib - Yenilənib

Nazir: Bakıda ilk velosiped kirayəsi xidməti işə başlayıb - Foto

Qərb "Telegram"la bağlı Moskvadan nə istəyib? - Zaxarova faktları açıqladı

Göygöldə yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib

Paşinyanın Zəngəzur dəhlizinə qarşı “layihəsi” - Areşev

Almaniya Bundesliqası: "Bavariya" "Volfsburq"a qalib gəldi

Rafael Hüseynov Hacıqabul və Kürdəmir rayonunlarında şəhid ailələrinə ziyarətlərini davam etdirir - Fotolar 

Olimpiadada cinsiyyət müzakirələrə çevrilən boksçunun makiyajlı videosu

Toyuna hazırlaşırdı, faciəli şəkildə öldü: 29 yaşlı oğlanın meyiti tapıldı

Avqustun sonunda 4 bürcü inanılmaz sürpriz gözləyir

Rusiya Pavel Durovla əlaqədar Fransaya nota göndərib

Azərbaycan və İran XİN rəhbərləri regional məsələləri müzakirə edib

Ən çox oxunanalar