Şənbə, 06 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əli Əhmədov: "Azərbaycanda orta ömür ildən-ilə uzanır"

"Oktyabr ayının 1-i dünyada Ahıllar Günü kimi qeyd olunur. Yaşlılara qayğı bəşəri sivilizasiyaların ən ali dəyərlərindən sayılır. Azərbaycan xalqına xas olan mədəni və əxlaqi dəyərlər bu sırada xüsusi yer tutur"...

Bunu Baş Nazirin müavini, hakim Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi Əli Əhmədov "Facebook"dakı səhifəsində yazıb.

O qeyd edib ki, yaşlı insanlara qayğı və diqqət ailənin və cəmiyyətin təməl prinsipləri kimi əsrlər boyu formalaşaraq bu günümüzə gəlib çatıb: "İndi həmin prinsip və dəyərlər həm də müstəqil Azərbaycan dövlətinin sosial siyasətində özünün təcəssümünü tapır. Prezident İlham Əliyevin siyasətinin ana xəttini təşkil edən insana qayğı dediklərimizin əyani sübutu hesab edilməlidir".

Ə.Əhmədov vburğulayıb ki, Azərbaycanda orta ömür ildən-ilə uzanır, yaşlı və ahıl əhali artır: "Eyni zamanda dövlətin əhalinin bu kateqoriyasına diqqəti və qayğısı da daim artmaqdadır. Dayanıqlı pensiya təminatı, pensiyaların məbləğinin mütəmadi olaraq artırılması, ehtiyacı olanlara səhiyyə xidmətlərinin göstərilməsi ahılların həyatının rahatlığına etibarlı zəmanətdir. İndi yaşlı insana qayğı göstərilməsi təkcə onun yaxınlarının vəzifəsi deyil. Bu işin getdikcə daha çox hissəsini, böyük məmnuniyyətlə, dövlət öz üzərinə götürür. Əlbəttə, bu, övladların valideynləri qarşısında borcunu yerinə yetirməkdən onları azad etmir və etməməlidir. Valideynin qayğısını çəkmək hər kəsin müqəddəs, insani borcu, kamilliyinin ifadəsidir. Sevindirici haldır ki, ölkəmizdə ailələrin və insanlarımızın əksəriyyətinə bu keyfiyyətlər yüksək dərəcədə xasdır.

Hər bir ahıl vətəndaş əmindir ki, o tək deyil, ailəsinin, yaxınlarının və dövlətinin hər cür qayğısı ilə əhatə olunub. Gəlin onlara möhkəm can sağlığı və uzun ömür arzulayaq".

pia.az


Etiket: Əli Əhmədov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilən Kənan Seyidov kimdir? - Dosye

AVRO-2024: İspaniya ilk yarımfinalçı olub -  Yenilənib

Macarıstanın Baş naziri Viktor Orban Azərbaycana səfərə gəlib - Foto

Ayın dərinliyində nə baş verir? - Məşhur iddia təsdiqləndi

İlham Əliyev Şuşada Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib - Yenilənib

Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şuşada gəziblər - Yenilənib

Prezident Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışında iştirak edib

İspaniya - Almaniya görüşünün ən yaxşı futbolçusu açıqlanıb

Ən çox oxunanalar