Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Eldar Mahmudova Baş Prokurorluğun qərarı ilə cinayət işi açıla bilər”


“Proseslərin sonunda, verilən ifadələr əsasında istənilən hər bir şəxsə cinayət işi açıla bilər. Eyni zamanda keçmiş nazir Eldar Mahmudov da bu siyahıda ola bilər”


Bu sözləri “Qafqazinfo”ya açıqlamasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq şöbə rəisi, polkovnik Arzu Nağıyev keçmiş nazir Eldar Mahmudov barəsində cinayət işi açılması haqda qərara bildirərkən deyib.

A. Nağıyev qeyd edib ki, məhkəmə və Baş Prokurorluq tərəfindən cinayət işinin açılması ilə bağlı vəsatət qaldırılıb: “Təbii ki, Baş Prokurorluğun öz qərarı ola bilər. Çünki əsas qərarı onlar verəcək. Eyni zamanda burada siyasi motivlər ola bilər. Çünki Eldar Mahmudov nazir səviyyəsində vəzifə sahibi olub. MTN polkovniki Vüsal Ələkbərov haqqında qərardan sonra məhz belə bir vəsatət qaldırılıb. 

Proseslər davam edir, bu hələ son demək deyil. Həbs məsələsinə isə ancaq məhkəmənin gedişatındam sonra qərar vermək olar. Kiminsə haqqında vəsatət qaldırmaq hələ onun həbs olunması demək deyil. Obyektiv və subyektiv səbəblər olandan sonra cinayət işi qaldırılır. Həbs üçün əsas qərarverici orqan məhkəmə olmalıdır. 

İndi müəyyən epizodlar üzrə məhkəmə prosesi yekunlaşa bilər. Burada məhkəmə prosesi bir neçə şaxələnmiş hissədən ibarətdir. Belə ki, bir epizod yekunlaşır və digərləri haqqında proses davam edir”. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Deputat: “Uşağı əməliyyatla dünyaya gətirirlər, bunun nəyi analıqdır?!” - Video

AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Ən çox oxunanalar