Bazar, 07 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elçin Əmirbəyov: "Qarabağdakı "humanitar vəziyyət"in yeganə günahkarı erməni separatçı rejimidir"

“Qarabağda bugünkü "humanitar vəziyyət"in yeganə günahkarı erməni separatçı rejimidir”.

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov DW-yə müsahibəsində deyib.

Ermənistanın indi bütün dünyada başlatdığı kampaniya Azərbaycanı ləkələmək və bizi bütün mümkün günahlarda ittiham etmək, eləcə də humanitar çətinliklərlə bağlı manipulyasiya etmək üçün taktiki addımdır. Bu kampaniya ilə o yerlərdə status-kvonu gücləndirməyə, sülh prosesində iştirakı imitasiya etməyə və irəliləyişin olmamasına görə bütün günahı Azərbaycanın üzərinə atmağa çalışır. Eyni zamanda Azərbaycan sülh prosesində irəliləmək üçün xoş niyyətini və səmimi istəyini dəfələrlə sübut edib. Çünki Ermənistana sülh sazişi layihəsi, kommunikasiyaların bərpası və dövlət sərhədinin delimitasiyası ilə bağlı müzakirələr aparmağı biz təklif etmişik. "Humanitar böhran"ın yeganə məsuliyyəti Azərbaycanın suverən ərazisində olan separatçıların üzərinə düşür”, - o qeyd edib.

E.Əmirbəyov əlavə edib ki, Laçın yolu ilə hər gün Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) avtomobillərinin, təcili yardım maşınlarının, Qarabağın erməni sakinlərinin və bütün lazımi ərzaqları daşıyan digər nəqliyyat vasitələrinin gediş-gəlişinin təşkil edildiyi bir vaxtda Qarabağın “blokada”da olduğunu söyləmək olmaz: "Bundan başqa, Ermənistan və separatçılar vəziyyəti siyasiləşdirərək beynəlxalq ictimaiyyətin diqqətini dalana dirədikləri əsas sülh prosesindən yayındırmaq istəyirlər. Belə ki, onların Ağdam-Xankəndi yolu ilə ərzaq tədarükündən imtina etməsi vəziyyətin humanitar yox, siyasi xarakter daşıdığının sübutudur. Əgər əhalinin humanitar yardıma ehtiyacı olarsa, lakin onlar həyati əhəmiyyətli qərarlardan imtina edirlərsə, o zaman heç kəsə bunun humanitar böhran olduğunu sübut edə bilməz".

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu şəxslər metro və avtobusdan pulsuz istifadə edə bilər – Siyahı

Xalq artistindən çağırış: Siz Allah, lütlənməyin, soyunmaq müasirlik deyil

HƏMAS İsraillə atəşkəsə ilkin razılıq verdi

Ördək, yoxsa dovşan: Bu psixoloji test bütün sirlərinizi açacaq

KİV: Ermənistanı Gürcüstanla birləşdirən körpü Azərbaycana qaytarılacaq

Emil ilk dəfə yeni doğulan qızının üzünü göstərdi - Foto

Barış Akarsunun 17 ildən sonra ortaya çıxan son görüntüsü gündəm oldu - Video

Azərbaycanın üç sərbəst güləşçisi Avropa çempionatında finala yüksəlib

Ərdoğandan Türkiyə millisinə dəstək - Fotolar

Saatlının Dədə Qorqud kəndində oğul atasını şüşə parçası ilə qətlə yetirib

Ən çox oxunanalar