Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elçibəyin sabiq müavini Əli İnsanovun partiyasına keçdi - Foto

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əbülfəz Elçibəyin sabiq müavini Zəlimxan Məmmədli keçmiş Səhiyyə naziri Əli İnsanovun yaratdığı Haqq-Ədalət Partiyasının Ali Məclisinin sədri seçilib...

PİA.az bildirir ki, bu haqda Əli İnsanov özünün "Facebook" səhifəsində məlumat yayıb.

Haqq-Ədalət Partiyasının İdarə Heyətinin bugünkü iclasında Z. Məmmədlinin sözügedən partiyanın üzvlüyünə namizədliyi məsələsinə baxılıb.

İdarə Heyətinin üzvləri Zəlimxan Adil oğlu Məmmədlinin partiyanın üzvü olmaq istəyi ilə bağlı HƏP sədrinə ünvanladığı ərizə ilə tanış olub və o, səs çoxluğu ilə partiyanın üzvü seçilib.

Daha sonra Zəlimxan Məmmədlinin Haqq-Ədalət Partiyasının Ali Məclisinin sədrliyinə namizədliyi partiyanın yaxın zamanda keçiriləcək sessiyasında müzakirəyə çıxarılmaq üçün səsə qoyulub və təsdiqlənib.

O, həm də müvəqqəti olaraq HƏP-in Ali Məclisinin sədri vəzifəsini icra edəcək.

Qeyd edək ki, Zəlimxan Məmmədli Klassik Xalq Cəbhəsi Partiyasının Ali Məclisinin sabiq sədridir. O, 1992-1993-cü illərdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı, 1992-2002-ci illərdə Azərbaycan Sambo Federasiyasının Prezidenti, 1998-2002-ci illərdə Avropa Sambo Federasiyasının vitse-prezidenti vəzifələrində çalışıb.(Musavat.com)

pia.az

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

İki övladını küçəyə atan ananın üçüncü övladı da əlindən alındı - Açıqlama

Dövlət Film Fondunun direktoru: “Çətin vəziyyətdə qalmışdıq, Hacıbaba Bağırov bizə iş verdi” - Foto  

Azərbaycanda su-kanalizasiya problemlərinə milyardlar gedib, amma...

Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub

Peskov: “Rusiya sərhədçiləri Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədində qalacaqlar”

Malıbəylidə insana məxsus sümük fraqmentləri aşkar edilib

Ərdoğan Rusiya və Ukraynanı danışıqları bərpa etməyə çağırıb

Rumen Radev: Bolqarıstan Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi təşviq edir

Ənənəvi, yoxsa elektron siqaretlər daha çox zərərlidir? - Professordan açıqlama  

Ən çox oxunanalar