Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əhmədzadədən sonra növbə Cahangir Hacıyev və Cavid Qurbanova çatır?

Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin tutduğu vəzifədən azad edilməsi islahatların növbəti mərhələsi kimi xarakterizə edilir.

PİA.az Hit.az-a istinadən xəbər verir ki, Əhməd Əhmədzadə uzun müddət yüksək vəzifədə təmsil olunan, oliqarxlaşmış məmur kateqoriyasına aid olan fiqurlardan olub. Hələ islahatlar kampaniyasının ilkin mərhələsində onun işdən çıxarılacağı bildirilirdi. Lakin həmin dövrdə “Baron” ləqəbi ilə tanınan Əhmədzadə özünü qorumağı bacardı.

Ötən ilin iyulunda keçirilən su təsərrüfatına həsr olunmuş müşavirədə Prezident İlham Əliyevin Meliorasiya və Su Təsərrüfatı ASC-nin fəaliyyətini tənqid etməsi yenidən ictimai diqqəti Əhməd Əhmədzadənin üzərinə yönəltdi. Müşavirədən dərhal sonra onun işdən çıxarılacağı barədə məlumat yayıldı. Ancaq bu dəfə də gözləntilər özünü doğrultmadı.

Ekspertlər hesab edir ki, Əhməd Əhmədzadənin, nəhayət, işdən çıxarılması artıq yerində möhkəm oturan məmurların komandadan kənarlaşdırılması prosesinin başlanğıcı hesab edilə bilər. Onların fikrincə, bu mərhələdə “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin sədri Cahangir Əsgərov və “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin sədri Cavid Qurbanov da istefaya göndərilə bilər.

Bu günlərdə Prezidentin sərəncamı ilə onların rəhbərlik etdikləri qurumun müşahidə şuraları yaradılıb. Bununla yanaşı, AZAL və ADY İnvestisiya Holdinqinin idarəetməsinə verilib. Beləliklə, Cahangir Əsgərovla Cavid Qurbanovun rəhbərliyi faktiki olaraq formal xarakter daşıyır. Güman ki, yaxın vaxtlarda onların karyerasına son qoyulacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

ABŞ Azərbaycanla Ermənistan arasında sülhün mümkünlüyünə inanır

Deputat: “Uşağı əməliyyatla dünyaya gətirirlər, bunun nəyi analıqdır?!” - Video

AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib

Ən çox oxunanalar