Çərşənbə, 10 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əhməd Obalıya qarşı olan təxribat... - Hücum edən Tehran rejimidir, yoxsa ABŞ-dakı şah rejimi?

GünazTV-nin əməkdaşı ABŞ-da hücuma məruz qalıb...

Politoloq: “GünazTV-nin əməkdaşı Əhməd Obalı uzun illərdir Tehran rejimi tərəfindən Güney Azərbaycan türklərinə qarşı aparılan hücumların qarşısında bir sipər rolunu oynayırdı”.

“Eyni zamanda ABŞ-da İranın şah tərəfdarları da daim Güney Azərbaycan mövzusunda Əhməd Obalı ilə mübarizə aparırdılar”.

Bu sözləri politoloq Tural İsmayılov GünazTV-nin əməkdaşı Əhməd Obalıya ABŞ-da edilən hücumu Poliqon-a şərh edərkən qeyd edib.

GünazTV-nin əməkdaşı Əhməd Obalı ABŞ-da hücuma məruz qalıb. Əgər Əhməd bəyə qarşı təxribatın Tehranın əlaltılarının işi olduğu sübut olunarsa, nələr olacaq? Eyni zamanda məlumdur ki ABŞ-da şah tərəfdarları da fəaldırlar. Onlar sözdə İrandakı rejimə qarşı mübarizə apadıqlarını bəyan etsələr də, Azərbaycan məsələsində mövqeləri üst-üstə düşür. Onlardan da təxribat gözləmək mümkündürmü?

Mövzunu Poliqon-un əməkdaşı politoloq Tural İsmayılov ilə müzakirə edib.

Tural İsmayılov: “Əhməd Obalının Güney Azərbaycanın önəmli simalarından biri olması, həm də Güney Azərbaycanın haqq işində daimi ön sıralarda olması Tehran rejimini narahat edirdi”.

Əgər ABŞ-da Tehran rejimi tərəfindən bu təxribatın törədildiyi sübut edilərsə, bu ABŞ üçün də çox ciddi siqnalın olacağını vurğulayan politoloq əlavə edib ki, ABŞ-ın ortasında İran agenturasının azərbaycanlılara qarşı belə bir hərəkət etməsi hesab edirəm ki, ABŞ hüquq mühafizə sisteminin zəifliyini ortaya çıxarmış olacaq:

“GünazTV-nin əməkdaşı Əhməd Obalı uzun illərdir Tehran rejimi tərəfindən Güney Azərbaycan türklərinə qarşı aparılan hücumların qarşısında bir sipər rolunu oynayırdı. Eyni zamanda Əhməd Obalı hər zaman Vətən sevgisi olan, dünyanın hər yerində yaşayan azərbaycanlı soydaşlarının qayğısına qalan və bu prosesdə mühum rola oynayan simalardan biri idi.

Əhməd Obalının Güney Azərbaycanın önəmli simalarından biri olması, həm də Güney Azərbaycanın haqq işində daimi ön sıralarda olması Tehran rejimini narahat edirdi. Tehran rejimi daim onun əleyhinə müxtəlif provokasiyalar hazırlamaqla məşğul idi. Bununla bağlı çox ciddi siqnallar daxil olmuşdu. Əgər ABŞ-da Tehran rejimi tərəfindən bu təxribatın törədildiyi sübut edilərsə, bu ABŞ üçün də çox ciddi siqnal olacaq. Çünki ABŞ-ın ortasında İran agenturasının azərbaycanlılara qarşı belə bir hərəkət etməsi hesab edirəm ki, ABŞ hüquq mühafizə sisteminin zəifliyini ortaya çıxarmış olacaq.

Eyni zamanda ABŞ-da İranın şah tərəfdarları da daim Güney Azərbaycan mövzusunda Əhməd Obalı ilə mübarizə aparırdılar. Buna görə onların da bu təxribatı törətmək ehtimalı var. Hər halda bu təxribatla bağlı ABŞ tərəfindən rəsmi açıqlama verilməlidir. Bundan sonra fərqi yoxdur ya ABŞ-da şah tərəfdarları, ya da Tehran agenturası tərəfindən Əhməd Obalıya qarşı bu hərəkət həyata keçirilibsə, bundan sonra ABŞ onun təhlükəsizliyinə daha ciddi yanaşmalıdır”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bayram Yusifov “YAP”-a qarşı – Deputat olacağam….

Lalə Məmmədova: “Hamilə olarkən ərim məni xəbərsiz boşadı” - Video

156 nəfər deputatlığa namizədliyini irəli sürüb

Bakıda xəstə baş həkimin otağına benzin tökərək yandırıb - Foto, Yenilənib

Adil Əliyevin deputat səlahiyyətlərinə xitam verilib - Yenilənib

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olundu

Pezeşkian verdiyi vədlərini yerinə yetirə biləcəkmi?

Azərbaycanın iki rayonunda internetin işində yaranan problem həll olunub - Yenilənib

"Tanrının Alla Puqaçovanın məsləhətinə ehtiyacı yoxdur" - Zaxarova

Ən çox oxunanalar