Bazar ertəsi, 08 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əhməd Əhmədovun qardaşının ittiham olunduğu maddə açıqlandı

Bu günlərdə Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşı Əvəz Əhmədovun Bakı şəhərində həbs edildiyinə dair məlumat verilmişdi

Qeyd edək ki, hazırda həbsdə saxlanılan Əvəz Əhmədov Bakı şəhərində biznes fəaliyyəti ilə məşğul olub. Əldə etdiyimiz dəqiq məlumata görə, sabiq nazirin qardaşına Cinayət Məcəlləsinin iki maddəsi – 182 (hədə qorxu ilə tələb etmə) və 145 (qanunsuz azadlıqdan məhrum etmə) ilə rəsmi ittiham elan olunub və o, hazırda Kürdəxanıdakı 1 sayı Bakı İstintaq Təcridxanasında saxlanılır.

Bildirilir ki, Əvəz Əhmədov əvvəllər iş birliyində olduğu hansısa bir iş adamının şikayəti əsasında həbs edilib.

Qeyd edək ki, bir müddət əvvəl, onunla bir türk iş adamı arasında olan narazılıqla bağlı mediada məlumatlar dərc edilmişdi. Şikayətin həmin əcnəbi iş adamı tərəfindən verilib-verilmədiyi barədə hələ ki, nəsə məlum deyil. Məlumatla bağlı rəsmi qurumların da mövqeyini öyrənməyə çalışacayıq. (Azinforum.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vilayət Eyvazov qətlə yetirilən zabitin vida mərasimində - Foto

Ərdoğandan Türkiyə millisinə dəstək - Fotolar

QMİ Məhərrəm ayı ilə bağlı - Müraciət etdi

Britaniyanın yeni naziri ilk səfərini bu ölkəyə etdi

Dənizdə batan qadını xilas edərkən özü boğuldu

Bakıda axtarışda olan şəxs tərəfindən öldürülən polis kapitanı dəfn edilib

Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçirilib - Yenilənib

Ukrayna Rusiyada silah anbarına vurdu - Əhali köçürülür - Video  

“Müharibə Rusiya dağılanda dayanacaq” - Qritsak

Axtarışda olan şəxs polisə xəsarət yetirib qaçmağa çalışdı - Yenilənib

Ən çox oxunanalar