Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Əhaliyə pulsuz verilən dərmanların siyahısı genişləndirilməlidir”

“Pulsuz dərman reseptləri əsasında verilən dərman preparatlarının siyahısı”nda dövriyyədən çıxarılmışların yeni tövsiyə edilən dərmanlarla əvəz olunması zəruridir”

“Dövlət hesabına dərman preparatları ilə təmin edilən, imtiyazlı qruplardan olan vətəndaşların şikayəti müvafiq xəstəliyin müalicəsi üzrə dərman preparatlarının növlərinin və ya əvəzedicilərinin az olması və ya olmamasıdır. Odur ki, tələbata müvafiq olaraq, hepatit, şəkərli diabet, hemofiliya və talassemiya xəstələri də xüsusi nəzərə alınaraq, “Pulsuz dərman reseptləri əsasında verilən dərman preparatlarının siyahısı”nda dövriyyədən çıxarılmışların yeni tövsiyə edilən dərmanlarla əvəz olunması zəruridir”.

Bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovanın 2018-ci il üzrə illik məruzəsində bildirilib.

Sənəddə qeyd olunub ki, vərəm, hepatit, xərçəng və başqa xəstəliklərin, əqli pozuntuların baş verməsinə, işləmək və nəsilartırma qabiliyyətinin itirilməsinə səbəb olan narkomaniyaya, habelə virus xəstəliklərinə yoluxma ehtimalını artıran İİV/QİÇS, alkoqolizmə, toksikomaniyaya və tütün çəkməyə qarşı mübarizə gücləndirilməlidir.

Ombudsmanən məruzəsində vurğulanıb ki, təhlükəli yoluxucu xəstəliklərin siyahısına daxil edilən “B” və “C” hepatit xəstəliyinin müalicəsinin təşkili məqsədilə daxil olan müraciətlər Səhiyyə Nazirliyinin bu xəstəliklərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə kommisiyaya göndərilib, həmin şəxslər müalicəyə cəlb edilib: “Belə xəstələrin dərman preparatları ilə təmin olunması üçün müvafiq siyahısının genişləndirilməsi məqsədəuyğundur”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxrlanıldı

Məktəb direktorunun müavininin qətli törətdikdən sonra meyiti basdırdığı ərazidən görüntülər

Zümrüd cin atına mindi: “Murdarsınız, sizə yazığım gəlir”

Azərbaycanlı deputat ziyafətdə mahnı oxudu - Video

Zelenski: “Rusiyanı ədalətli sülhə məcbur etməliyik”

Fransa millisinin AVRO-2024 üçün heyəti açıqlanıb

XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib

Bakıda şok hadisə: Kirayə götürdüyü evi üç nəfərə satıb ölkədən qaçdı - Yenilənib, Foto

Arzuları yerinə yetirən sehirli ot – Zəncirotu barədə bilmədiklərimiz

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi

Belarus Prezidenti Füzuli rayonuna səfər edib - Yenilənib

Ən çox oxunanalar