Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əcnəbi jurnalist Qafqaz Müsəlmanları İdarəsində

Noyabrın 13-də Qafqaz Müsəlmanları İdarəsində Livanın paytaxtı Beyrutda ingilis dilində nəşr edilən “Christianity Today” qəzetinin müxbiri Jayson Casperlə görüş keçirilib. Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, Müfti Salman Musayev qonağa dini mərkəzin tarixi, fəaliyyəti, Şeyxülislam Allahşükür Paşazadənin regionda və dünyada sülhün qorunması sahəsindəki xidmətləri barədə ətraflı məlumat verib. Müfti bildirib ki, ölkəmizdə din-dövlət münasibətləri yüksək səviyyədə qurulub, dinlər və məzhəblər arasında qarşılıqlı hörmətə söykənən münasibətlər formalaşıb. Təsadüfi deyil ki, tarix boyu dini qarşıdurmanın olmadığı Azərbaycanın dini tolerantlıq və multikulturalizm sahəsində əldə etdiyi nailiyyətlər bütün dünya üçün nümunəvi bir model kimi qəbul edilir. 

QMİ sədrinin birinci müavini qeyd edib ki, Azərbaycandan fərqli olaraq son 30 ildə monoetnik dövlətə çevrilən Ermənistanın yeritdiyi təcavüzkar siyasət bəşəriyyət üçün ciddi təhlükə yaradır. Ermənilərin uzun illər boyu işğalda saxladıqları Azərbaycan ərazilərində İslam dininə aid abidələrə, məscid və qəbiristanlıqlara qarşı vandalizm hərəkətlərinə toxunan Müfti Salman Musayev bildirib ki, bu vəhşiliyə haqq qazandırmağa çalışan erməni kilsəsi Qarabağ ərazisindəki digər dinlərə məxsus abidələrin tarixini saxtalaşdırmağa cəhd göstərir. Ali Baş Komandanın başçılığı ilə 44 günlük Vətən savaşında qazanılan tarixi Zəfər barədə əcnəbi jurnalistə ətraflı məlumat verən QMİ rəsmisi qeyd edib ki, ölkəmizdə yaşayan digər dinlərin və konfessiyaların nümayəndələri də Azərbaycanın haqq işi uğrunda mübarizəsinə töhfələrini veriblər və işğalçı üzərində qələbənin qazanılmasında yaxından iştirak ediblər. Müfti Salman Musayevin sözlərinə görə, Azərbaycan dövləti azad edilən ərazilərdə təkcə məscid və ziyarətgahları deyil, digər dinlərə aid abidləri də təmir-bərpa edəcək. 

 Bu yaxınlarda Moskvada Rus Pravoslav Kilsəsinin rəhbəri, Patriarx Kirillin vasitəçiliyi ilə Şeyxülislam Allahşükür Paşazadə və bütün ermənilərin Katolikosu II Qaregen arasında keçirilən növbəti görüşə toxunan QMİ sədrinin birinci müavini bildirib ki, Şeyxülislam Allahşükür Paşazadə hər zaman olduğu kimi, sonuncu üçtərəfli görüşdə də razılaşmalara sadiq qalıb. Lakin təəssüf ki, II Qaregen xalqları sülhə yox, müharibəyə çağırır. 

Səmimi qarşılanmaya görə təşəkkür edən “Christianity Today” nəşrinin müxbiri Jayson Casper Azərbaycana səfərinin məqsədi barədə məlumat verib, ölkəmizdəki dini tolerantlıq mühiti ilə bağlı oxuculara obyektiv informasiyalar çatdıracağını deyib. 

Sonda əcnəbi qonağa hədiyyə təqdim olunub. 

 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Sabir Rüstəmxanlının qızı ilə boşanan müğənni ilk dəfə ayrılıqlarından danışdı - Video

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - Foto

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Qarabağdakı sülhməramlı missiyanın fəaliyyətinə ehtiyac qalmadı...

Azərbaycanın bir qrup hərbçisi təltif edilib - Foto

Xarkov vilayətində Rusiyanın hücumu səngiyib, onlar yeni taktikadan istifadə edirlər...

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

Ən çox oxunanalar