Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əbdülfəttah əs-Sisi yenidən prezident olmaq istəyir- Namizədliyini irəli sürəcək


Misir Prezidenti Əbdülfəttah əs-Sisi ölkədə qarşıdan gələn dövlət başçısı seçkilərində namizədliyini irəli sürmək niyyətini açıqlayıb


O, bunu son dörd ildə prezident vəzifəsində fəaliyyətinin nəticələrinə həsr olunmuş konfransın sonuncu iş günü misirlilərin suallarını cavablandırarkən bəyan edib.

63 yaşlı Əbdülfəttah əs-Sisi “Müsəlman qardaşlar” assosiasiyasının nümayəndəsi Məhəmməd Mursi 2013-cü ildə hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra – 2014-cü ildə ölkə prezidenti seçilib.

Misirdə prezident seçkilərinin birinci turu martın 26-28-də keçiriləcək. Əgər namizədlərdən heç biri səslərin mütləq əksəriyyətini toplamasa, aprelin 26-28-də ikinci tur keçiriləcək. Namizədlərin qeydiyyatı yanvarın 20-dən 28-dək aparılacaq.

Qeyd edək ki, artıq bir sıra siyasi qüvvələr Əbdülfəttah əs-Sisinin namizədliyini dəstəkləməyə hazır olduqlarını bildiriblər(azərtac).


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Lənkəranda itkin düşmüş 22 yaşlı qadının boğularaq öldürüldüyü müəyyən olunub, tanışı tutulub

Türkiyədə hələ də dövlət çevrilişi edə biləcək qurumlar və güc mərkəzləri mövcuddur?

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Qətlə yetirilən tələbə barədə detallar: Könül sonuncu telefon danışığını kiminlə edib? - Video

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - Rəsmi

Paşinyan: Ermənistan sərhədçiləri artıq 10 gündür ki, Bağanis-Voskepar ərazisində xidmət aparır

Bakıda tıxacın aradan qaldırılması məqsədilə yeddi layihə icra olunacaq

Dövlət sərhədini pozmağa cəhd göstərən 10 nəfər saxlanılıb

Ən çox oxunanalar