Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünyanın ən gəlirli neft şirkəti…- Açıqlandı

Səudiyyə Ərəbistanının “Saudi Aramco” milli neft şirkəti 2019-cu ilin birinci yarısının nəticələrinə görə dünyanın ən gəlirli şirkəti olub

Azərtac “Saudi Aramco” şirkətinin rəsmi məlumatına istinadla xəbər verir ki, şirkətin xalis gəlirlərinin 46,9 milyard dollara qədər (12 faiz) azalmasına baxmayaraq, “Saudi Aramco” ən gəlirli neft şirkətidir. İlin birinci yarısında onun ümumi gəliri bir il bundan əvvəlki 167,68 milyard dollardan 163,88 milyard dollara qədər aşağı düşüb. Bununla belə, “Saudi Aramco”nun gəliri dünyanın digər iri neft korporasiyasının gəlirlərindən dəfələrlə çoxdur.

“Saudi Aramco” şirkətinin Baş direktoru Amin Naser bildirib ki, 2019-cu ilin birinci yarısında neftin qiymətinin bir qədər aşağı düşməsinə baxmayaraq, şirkət sabit gəliri və güclü azad pul axınını təmin etməyə davam edib. Qeyd olunub ki, gəlirin azalması əsasən neftin orta satış qiymətinin bir barel üçün 69 dollardan 66 dollara enməsi ilə əlaqədardır.

Şirkətin 2019-cu ilin altı ayında neft hasilatı sutkada 10 milyon barel təşkil edib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Birlikdə özlərini meşədə asan boşanmış qadının və 11 yaş kiçik sevgilisinin fotoları - Video, Yenilənib

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Bayden prezidentlik yarışından geri çəkiləcəyini istisna etməyib

Sabir Rüstəmxanlı və İqbal Ağazadə deputatlığa namizədliyini verməyəcək

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları 25 şəxsi cinayət başında yaxalayıb

"Birləşdik - 2024" beynəlxalq təlimi başa çatıb - Yenilənib

Ən çox oxunanalar