Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünyada silahlı münaqişə zonalarında yaşayan uşaqların sayı

Hər il dünyada münaqişələr nəticəsində çox sayda uşaq həlak olur. Bununla yanaşı, silahlı münaqişə zonalarında yaşayan uşaqların sayı hazırda 160 milyona yaxındır. Bu barədə “Anadolu” agentliyi BMT və “Save The Children” beynəlxalq QHT-nin məruzələrinə istinadən bildirir. BMT-nin məlumatına görə, son 10 ildə baş vermiş münaqişələr nəticəsində əlil olmuş və ya həlak olmuş uşaqların sayı 93 mindən çoxdur.

2020-ci ildə uşaqlara qarşı rekord sayda təsdiq edilmiş hüquq pozuntuları qeydə alınıb. Bu, 2019-cu illə müqayisədə 26 min çoxdur. Bildirilir ki, 2005-ci ildən bəri uşaqlara qarşı törədilən ciddi hüquq pozuntularının sayı 250 mindən çoxdur. Qanun pozuntularına ən çox Fələstin, Yəmən, Konqo Demokratik Respublikası, Somali və Əfqanıstanda rast gəlinib. 2010-cu ildən gündə 25-ə yaxın uşaq münaqişə zamanı həlak olur və ya xəsarət alır.

“Save The Children”in 2020-ci il hesabatına əsasən, qaynar münaqişə zonasında yaşayan uşaqların sayı 2018-ci illə müqayisədə 2 faiz artaraq 160 milyona çatıb. Təşkilatın 2019-cu il hesabatına əsasən isə uşaqların yaşadığı ən təhlükəli ölkələr Asiya və Afrikada yerləşir. Bu siyahıya Əfqanıstan, Cənubi Sudan, İraq, Konqo Demokratik Respublikası, Mali, Nigeriya, Mərkəzi Afrika Respublikası, Somali, Sudan, Suriya və Yəmən daxildir.

BMT-nin məlumatına görə, bütün dünyada 250 minə yaxın uşaq münaqişələrə cəlb edilib. Bu uşaqlar döyüşçü, casus, aşpaz və s. kimi istifadə olunur. Qızlar cinsi zorakılığa məruz qalırlar. Onlar bütün hüquqlardan məhrumdurlar.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Deputat: “Uşağı əməliyyatla dünyaya gətirirlər, bunun nəyi analıqdır?!” - Video

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Ən çox oxunanalar