Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünya masonları bir neçə gün Bakıdakı oteldə nəyi müzakirə edib?

Xəbər verildiyi kimi Rusiya mason lojasının rəhbəri Andrey Boqdanov ötən həftə Bakıda olub. Özünün dediyi kimi Boqdanov Bakıda qaldığı oteldən çölə çıxmayıb, çünki çoxsaylı görüşlər və danışıqlar keçirib


Bakıda mən ancaq pəncərədən küçədəki maşınları gördüm. Çoxlu danışıqlar oldu, praktiki olaraq oteldən çölə çıxmadım”-Boqdanov vesti.az-a açıqlamasında deyib.

Rusiya mason lojasının rəhbəri bildirib ki, danışıqların mahiyyəti Azərbaycanla bağlı deyildi. “Çoxlu xarici qonaqlar oldu. Fürsətdən istifadə edərək Avropa və Amerika lojalarının nümayəndələri ilə danışıqlar apardım”-o əlavə edib.



Xatırladaq ki, Boqdanov ötən il Dağlıq Qarabağa səfər edib və bu üzdən Azərbaycan XİN-in qara siyahısına düşüb. Lakin Azərbaycandan üzr istədiyi üçün adı siyahıdan çıxarılıb. Boqdanov 2007-ci ildən Rusiya mason lojasının rəhbəridir, dünyanın bu mifik və gizli təşkilatına mənsubluğunu gizlətmir. Təşkilatın prinsiplərinin əksinə, tez-tez KİV-lərə müsahibələr verir.

Masonluq fəlsəfi-etik hərəkatdır,  XVIII əsrdə gizli beynəlxalq təşkilat şəklində meydana gəlib. Masonluq ezotirik quruluş olub sadəcə üzvləri üçün açıq fəaliyyət göstərən bir qurumdur. Bu gün dünyada masonların və mason lojalarının konkret sayı barədə rəqəm söyləmək mümkün deyil. Belə ki, bir çox lojalar üzvləri barədə olan məlumatları məxfi saxlamağı üstün tutur. Bunlara baxmayaraq aparılan təxmini hesablamalar dünyada 7 milyona yaxın masonun olduğunu və bu şəxslərin 12 minə yaxın mason lojasında fəaliyyət göstərdiklərini müəyyənləşdirib. İndi də qüvvədə olan mifə görə dünyanı masonlar idarə edir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı qərar

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Ən çox oxunanalar