Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünya Bankının rəsmisi: “Azərbaycanla səmərəli əməkdaşlıq məmnunluq doğurur”

Azərbaycanla səmərəli əməkdaşlıq məmnunluq doğurur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) “Report”a verilən məlumata görə, bunu Dünya Bankının Azərbaycan üzrə yeni təyin olunmuş ölkə meneceri Stefanie Stallmeister əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə görüşündə deyib.

S.Babayev S.Stallmeisteri yeni təyinatı münasibətilə təbrik edərək, nazirliklə Dünya Bankının uğurlu əməkdaşlıq təcrübəsini, ötən dövrdə birgə icra olunan layhələrin əhəmiyyətini diqqətə çatdırıb.

Xüsusilə “Məşğulluğa Dəstək Layihəsi”nin ölkəmizdə özünüməşğulluq proqramının genişləndirilməsində, həssas qrupların kiçik biznesə çıxışının dəstəklənməsində mühüm rolu vurğulanıb. 22 min işsiz şəxsin özünüməşğulluq proqramı çərçivəsində ailə təsərrüfatlarının qurulmasına hədəflənən layihənin məşğulluq xidmətlərinin və proqramlarının təkmilləşdirilməsində də dəstək olduğu qeyd edilib.

Son illər ölkəmizdə aparılan sosial islahatlar və əldə olunan nailiyyətlər, həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi, aktiv məşğuluq proqramlarının genişləndirilməsi işləri və s. barədə məlumat verilib.

S.Stallmeister ötən dövrdə səmərəli əməkdaşlığın həyata keçirilməsinin məmnunluq doğurduğunu vurğulayıb. Görüşdə cari əməkdaşlıq gündəliyinə, “Məşğulluğa Dəstək Layihəsi”nin icrası işlərinə və gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Gürcüstanın Baş naziri: ABŞ-nin sanksiyalar söhbəti qeyri-ciddidir

Üç bürcü mayın ortalarında qeyri-adi dəyişikliklər gözləyir

İki dəfə məzarından çıxarılan, ermənilərin binasını yandırdığı Musa Nağıyev - Video

Ağ Ev: ABŞ Gürcüstanla münasibətlərə yenidən baxa bilər

Abşeronda 3 gün öncəqəzaya düşən tələbə ölüb

Putin yeni hökümət üzvlərini gələcək planların həyata keçirilməsinə ciddi yanaşmağa çağırıb

Ən çox oxunanalar