Cümə axşamı, 29 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DSX-dan növbəti əməliyyat - 20 kq narkotik dövriyyədən çıxarılıb

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, 2 sentyabr 2020-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Biləsuvar rayonu ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində iki nəfərin dövlət sərhədini pozması müşahidə olunub.

Sərhəd zastavası “həyacan” komandasına qalxaraq xidməti ərazidə sərhəd axtarışı həyata keçirilib, nəticədə sərhəd pozucularından biri Biləsuvar rayon Əsgərabad kənd sakini, 1991-ci il təvəllüdlü, İsmayılov Adil Totuxan oğlu üzərində 3 kq 265 qram heroinə, 3 kq 180 qram tiryəkə, 135 qram marixuanaya oxşar narkotik maddələr, 500 ədəd “Metadon”, 100 ədəd “Glibotex”, 210 ədəd “Gabaprel” psixotrop və güclü təsirli dərman preparatları ilə saxlanılıb.

Hadisə yerindən qaçmış digər sərhəd pozucusunun şəxsiyyəti dəqiqləşdirilərək DİN Biləsuvar rayon polis şöbəsi ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar rayonu Əsgərabad kənd sakini, 1990-cı il təvəllüdlü Rəmiyev Musa Adıgözəl oğlu rayon ərazisində polis əməkdaşları tərəfindən 315 qram heroinə, 8 kq 225 qram tiryəkə, 2 kq 310 qram metafetaminə oxşar narkotik maddələrlə, 460 ədəd psixotrop və güclü təsirli dərman preparatları ilə saxlanılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İçkili vəziyyətdə maşın sürən namizəd: Nigar Məmmədovanın qəza törətməsi necə gizlədilib?

Qısa müddətdə milyonçu-oliqarxa çevrilən namizəd: Mehriban Vəliyeva çox bahalı villasını necə tikdirib?

Prezident və Birinci xanım “Sea Breeze”də LANDAU Məktəbinin və “The Grand” apart hotelinin açılışında iştirak ediblər - Yenilənib

Durovun həbsi Fransaya baha başa gəldi: 17 milyard dollarlıq müqavilə donduruldu

Sahib Məmmədov nazir müavini vəzifəsindən ayrıldı

Ziya Məmmədov vətəndaşın torpağını əlindən alıb – Şikayət

“Veysəloğlu” ölkədən böyük pul çıxarıb – Hüquqşünas rəyi

Olimpiya mükafatçısı Azərbaycan Prezidenti və xalqından üzr istəyib

Kəlbəcərdə heyvan cəsədlərinin görüntüləri ilə bağlı araşdırma başlanıb - Rəsmi

Tanınmış həkim 2 min manata görə qətlə yetirilibmiş - Təfərrüat

Türkiyə Rusiya S-400 HHM sistemlərindən imtina edir

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay