Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət Komitəsində kollegiya iclası keçirilib

Kollegiya iclasında dövlət komitəsinin 2023-cü il üçün iş planının müzakirəsı aparılıb və müvafiq qərarlar qəbul edilib...

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.

Bu barədə PİA.az-a Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, kollegiya iclasında Böyük Qayıdışla bağlı beynəlxalq ictimaiyyətin məlumatlandırılması, mediada işıqlandırılması, məcburi köçkünlərin könüllü qayıdışının stimullaşdırılması məqsədi ilə təbliğat və təşviqat işinin təşkilində beynəlxalq standartların tətbiqi, komitənin yerli bölmələrinin fəaliyyəti və onların işinin təkmilləşdirilməsi, vətəndaşların qəbulu və müraciətlərinə baxılması, komitənin aparatında və tabe təşkilatlarda kargüzarlığın aparılması vəziyyəti, icra intizamı, habelə Mənzil İstismar Departamentinin balansında olan mənzil fondunun istismarı və istifadəsi məsələləri barədə struktur bölmələrin rəhbərlərinin məruzələri dinlənilib, müzakirələr aparılıb.

Dövlət Komitəsinin sədri Rövşən Rzayev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin icrası ilə əlaqədar qarşıda mühüm vəzifələr durduğunu, onların tam və vaxtında yerinə yetirilməsi üçün bütün imkanların səfərbər edildiyini bildirib. Diqqətə çatdırıb ki, ölkə rəhbərinin tapşırığına əsasən, bu il Laçın şəhəri, Zabux və Sus kəndlərinin, ŞuşaZəngilan sakinlərinin doğma yurda qayıdışı təmin edilməlidir.

Kollegiya iclasında dövlət komitəsinin 2023-cü il üçün iş planının müzakirəsı aparılıb və müvafiq qərarlar qəbul edilib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

Notariusların fəaliyyəti ilə bağlı yeni tələblər müəyyənləşib

Azərbaycanda iki teatrın adı dəyişdirilir: İşçilərinin maaşı artacaq

Xalq artisti: "Toya gedən rəqqasə pula görə özünü alçaldır"

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

Ən çox oxunanalar