Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət Komitəsi pensiyaçıların sayını açıqlayıb

İlkin məlumatlara əsasən, 2020-ci ilin əvvəlinə ölkədə pensiyaçıların sayı 1277,8 min nəfər olmaqla ölkə əhalisinin 12,8 faizini təşkil edib...

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ölkədə pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 7 fevral tarixli 933 nömrəli Sərəncamına əsasən 2018-ci il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 2019-cu ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək artırılıb.

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş müvafiq dəyişikliklərə əsasən əmək pensiyasının minimum məbləği 2019-cu il 1 mart tarixindən 160 manat, 2019-cu il 1 oktyabr tarixindən isə 200 manat müəyyən olunub ki, bu da müəyyən edilmiş minimum aylıq əmək haqqının 80 faizini təşkil edir.

Beynəlxalq Valyuta Fondunun məlumatları əsasında aparılmış hesablamalara görə ölkədə minimum pensiyanın alıcılıq qabiliyyəti pariteti üzrə beynəlxalq dollarla qiymətləndirilmiş məbləği MDB məkanında ən yüksək göstəricidir.

İlkin məlumatlara əsasən 2020-ci ilin əvvəlinə 400,4 min nəfər sosial müavinət, 295,7 min nəfər Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alıb. 2019-cu il ərzində birdəfəlik müavinət alanların sayı 89,3 min nəfər olub. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 640 nömrəli Fərmanına əsasən birdəfəlik müavinətlərin məbləği 2019-cu ilin aprelin 1-dən artırılaraq uşağın anadan olmasına görə 109 manatdan 200 manata, dəfn üçün isə 146 manatdan 300 manata çatdırılıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Ən çox oxunanalar