Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət Dumasının sədr müavini: Azərbaycan Asiya Parlament Assambleyasında lider rolunun öhdəsindən uğurla gələcək

Azərbaycan Asiya Parlament Assambleyasında (APA) lider rolunun öhdəsindən uğurla gələcək...

Bunu “Report”a açıqlamasında Rusiya Federasiyası Dövlət Dumasının sədr müavini Pyotr Tolstoy deyib.

“Ümid edirəm ki, 40-dan çox ölkənin iştirak etdiyi bu çoxtərəfli platforma (APA) yeni çoxqütblü dünyanın qurulmasına töhfə verəcək. Söhbət ikili standartlara deyil, Assambleyaya üzv olan ölkələrin maraqları və tarixi nəzərə alınmaqla, qarşılıqlı hörmətə əsaslanan dünya nizamının formalaşmasından gedir”, - o vurğulayıb.

Rusiya Federasiyası Dövlət Dumasının sədr müavini qeyd edib ki, APA-ya üzv ölkələr üçün vacib məsələ Qərbin maraqlarına xidmət edən gündəmdən qurtulmaqdır:

“Fikrimcə, Asiya Parlament Assambleyasının üzvü olan bütün xalqlar və ölkələr üçün ədalət, iqtisadi rifah və bu ölkələrin sakinlərinin firavanlığı məsələləri ilk növbədə vacibdir. Bu, bütün parlamentarilərin qarşısında duran əsas vəzifədir. Biz müxtəlif sahələrdə, sosial, mədəni, iqtisadi sahədə müxtəlif yanaşmaları müzakirə edirik, lakin eyni zamanda, biz hamımız qarşılıqlı hörmətdən və bütün iştirakçıların bərabərliyindən çıxış edirik”.

Dövlət Dumasının sədr müavini qonaqpərvər qəbula və Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasının təşkilinə görə də Azərbaycan parlamentinə və rəhbərliyinə minnətdarlığını bildirib.

Qeyd edək ki, bu gün Bakıda Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyası keçirilir.

Tədbir çərçivəsində qurumun İcraedici Şurasının, plenar sessiyasının, siyasi, iqtisadi, büdcə, sosial və mədəni sahələrə dair komitələrinin iclasları keçiriləcək, müvafiq məsələlər müzakirə olunacaq, bir sıra təşkilati məsələlərə baxılacaq. Sessiyanın sonunda Bakı Bəyannaməsi və APA-nın yekun hesabatı qəbul ediləcək.

Xatırladaq ki, 2023-cü ilin noyabrında APA-nın İcraedici Şurasının iclası Türkiyənin Antalya şəhərində keçirilib. Tədbirdə Azərbaycan APA-nın 2024-2025-ci illər üzrə sədri seçilib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı qərar

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Ən çox oxunanalar